25.12.2017 [14:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fəal idman klublarından olan “Bozqurd Fight Club”-un idmançıları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Free fighting” qaydasız döyüş növü üzrə dünya kubokuna qatılıblar. Dünya kubokundan klub 5 medalla geri dönüb. Belə ki, yarışlarda klubun 4 idmançısı- Kərimov Rəşid, Əliyev Yusif, Qafarzadə Hüseyin, İsmayılov Azad qızıl medal qazanaraq dünya çempionu adına layiq görülüb, Əliyev Murad isə gümüş medalla ikinciliyi qazanıb.
Qeyd edək ki, həmin kubokda Azərbaycan yığması 6 qızıl medalla komanda hesabında 2-ci yeri tutub.
“Bozqurd Fight Club”-un dünya kubokundan medallarla qayıtmış idmançıları və onların məşqçiləri bu münasibətlə klubun fəxri prezidenti, millət vəkili Fərəc Quliyevlə görüşüblər.
F.Quliyev idmançıları həm ayrı-ayrılıqda, həm də klub olaraq qazanılmış uğur münasibətiylə təbrik edib. Onlara daim bu cür qələbələrlə bayrağımızı yüksəltməyi və xalqımızı sevindirməyi arzulayıb. Millət vəkili klub üzvlərinə qarşıdan gələn “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni təqvim ilinin başlanması münasibətiylə də təbriklərini çatdırıb və onlarla perspektiv məsləhətləşmələri aparıb.
İdmançılar da öz növbələrində F.Quliyevə verdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər və görüşün onun ad gününə təsadüf etməsi səbəbindən klub adından təltifnamə və qədim türk döyüşçüsünün rəmzini ifadə edən hədiyyə təqdim ediblər.
F.Quliyev idmançılara göstərdikləri diqqətə görə təşəkkür edib və onun üçün ən böyük hədiyyənin heç şübhəsiz ki, qazanılmış medallar olduğunu bildirib.
Görüşdə xatirə şəkilləri çəkdirilib.

Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |