Şrift:
Millət vəkili Fərəc Quliyev bu gün-12.06.2012-ci il tarixdə Milli Məclisdə çıxış etdi. Çıxışın tam mətnin təqdim edirik.
12.06.2012 [22:21] - Özəl xəbər, Fərəc Quliyev
Hörmətli sədr,hörmətli millət vəkilləri,”Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında “ qanunda dəyişikliklər nəzərdə tutulan sənəddə göstərilir ki,Sahə inzibati idarəetmə strukturları idarəetməni əhaliyə daha yaxın etmək məqsədilə yaradılır.
Bu dəyişiklik hakimiyyətin yerli icra strukturlarını genişləndirməsi, bürokratik aparatın şişirdilməsiilməsi və icra hakimiyyətinin nüfuz dairəsinin genişləndirilməsinə xidmət edir.Yerli özünüidarə orqanlarının - bələdiyyələrin mövcud olduğu şəraitdə icra strukturlarının əhatə dairəsinin genişləndirilməsi heç bir halda səmərəli idarəetmə modeli sayilmaz.İdarəetmədə struktur daha kiçik və çevik olmalıdır.Paralelliyə yol verilməməlidir. Vətəndaşların hüquqlarını ən çox pozan elə yerli icra hakimiyyətləridir. Bu səbəbdən də icra hakimiyyətlərinin yeni strukturlarının yaradılmasını təqdir etmək mümkün deyil. Məntiqli olardı ki,Yerli özünü idarəetmə institutu gücləndirilsin, yerli icra strukturlarının səlahiyyətləri bu qurumlara verilsin, Bakı da daxil olmaqla, iri şəhərlərdə mer seçkisi keçirilsin. Hakimiyyət bu addımları atmaq əvəzinə yerli icra hakimiyyətinin nüfuz dairəsini genişləndirir.
Ölkədə bələdiyyə institutu yaradılıb. Bələdiyyələrin yaradılmasının əsas məqsədi yerli icra strukturunun fəaliyyətinin tədricən məhdudlaşdırılmasına və seçki əsasında formalaşan özünüidarə orqanlarının güclənməsinə, son nəticədə isə yerli icra qurumlarının tamamilə ləğvinə nail olmaq idi. Ancaq gözlənildiyinin əksinə olaraq nəinki bələdiyyələrə lazım olan səlahiyyətlər verilmədi, hətta olan-qalan səlahiyyətləri də kağız üzərində qaldı.Bu qanunun qəbulu isə bələdiyyələrin icra hakimiyyətinin törəmə strukturu kimi fəaliyyət göstərməsinə səbəb olacaq. Bu dəyişikliyə qətiyyən ehtiyac və əsas yoxdur.Əvvəla ona görə ki:
- İcra hakimiyyətlərinin qanunla nəzərdə tutulan indiki işi rayonun abadlaşdırılması və yerli infrastruktur layihələrin icrasından ibarətdir. Bu işlə isə bələdiyyələr məşğul olmalıdır.
-fərdi tikintiyə icazə verilməsi kimi funksiyaların da məhdudlaşdırılması artıq Şəhərsalma və tikinti məcəlləsində nəzərdə tutulub.
- rayonlarda müəssisələrin çoxu özəlləşib, özəlləşməyən müəssisələr də Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır. Özəl müəssisələri sahibləri, dövlət müəssisələrini isə ƏMDK idarə edir.
- büdcə təşkilatlarının idarəçiliyi isə nazirliklərin səlahiyyətindədir. Məsələn, məktəbləri Təhsil Nazirliyi, xəstəxanaları Səhiyyə Nazirliyi idarə edir. İcra hakimiyyətlərinin buna müdaxiləsi yoxdur.
Ikinci mühüm səbəb budur ki, Azərbaycan iqtisadiyyatı və büdcəsi sırf xam neft satışının üzərində qurulub. Büdcənin cəmi 25 faizi və ya 4,5 milyard manatı qeyri-neft sektorunun üzərinə düşür. Bu vəsait isə nəinki sosial və investisiya proqramlarının, heç dövlət aparatının saxlanılması, eləcə də maaş və pensiyaların verilməsi üçün də yetərli deyil. Neftin ucuzlaşması prosesi başlayıb və davam edecək.Bu prosesi böyük dövlətlər Rusiyaya qarşı nəzərdə tutsa da,bizə də təsirsiz ötüşməyəcək.Bu amil də nəzərə alınsa idarəetmə aparatının şişirdilməsi,indiki dəyişiklik ciddi sullara səbəb olur.Diqqətinizə görə təşəkkür edirəm.
Bu xəbər oxucular tərəfindən 2147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed