26.12.2017 [10:28] - Gündəm, DAVAMın yazıları
1918-ci il iyunun 23-də Daxili İşlər nazirinin əmri ilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapan daşnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmişdir. Onun Daxili İşlər nazirinə göndərdiyi məlumatlarında bu bilgilər ətraflı verilmişdir.
Biz də İbrahim ağa Vəkilovun bir neçə tarixi məktubunu hazırlayıb yayınlamışıq. Bu dəfə isə Gəncə qubernatoru polkovnik İbrahim ağa Vəkilovun Daxili İşlər nazirinin adına yazdığı növbəti məktubu yayınlayırıq. Bu məktubda qubernator daha çox ingilislərin özbaşnalığından, erməni-ingilis işbirliyindən söhbət açır. Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyi həmin məktubu təqdim edir:
"Gəncə quberniyası cənub-şərq qəzalarının yoxlanışı zamanı biixtiyar ingilislərin Azəraycanın vəzifəli şəxslərinə münasibətinə diqqət yetirməli olduq. Tutalım ondan başlayaq ki, ingilislər müsəlmanlar tərəfindən onlara deyilənlərin hamısına inanmırlar. Qeyd etmək lazımdır ki, ermənilərin müsəlmanlara əlləri istədikləri kimi çatır, məsələn, Ağdamda buğda və digər məhsullar alarkən, burada heç kəs onlara toxunmur. Buna ingilislər inanmırlar.
Şuşa şəhərində erməni kişi və qadınları ilə əhatə olunmuş iki ingilis zabiti həmsöhbətlərinin bütün dediklərinə inanırdılar. Şuşada yaşayan ingilislər Azərbaycanın hər işinə qarışırlar, belə ki:
1. Şuşa pristavından Xankəndindəki anbarlardan Şuşa realnı məktəbi üçün odun verilməsini tələb edir, deyirlər ki, bu odun rus hökumətinə məxsusdur;
2. Quliyev deyilən Ərzaq Nazirliyinin nümayəndəsini ingilislər həbs edib konvoy altında Şuşaya gətirməyi Pristava təkilf edirlər;
3. Başqa bir Quliyev də var – Cəbrayıl qəzası xalq məktəblərinin müfəttişi. Onu da elə həmin zabitlər səbəbini izah etmədən Cəbrayıldan Şuşaya tələb edirlər. Qeyd etmək lazımdır ki, Cəbrayıldan Şuşaya və əksinə gediş-gəliş təqribən 3000 manata başa gələr;
4. Mayor Gibbon Zəngəzur qəzasının pristavına qatar zavodlarından Gorusa aparılan taxılı buraxmaq sərəncamı verir; özü də elə qeyd etmək lazımdır ki, qatar zavodlarında müsəlman kəndlərində qarət edilən taxıldan başqa taxıl yoxdur;
5. İngilis zabitləri Şuşa xəzinədarına Şuşa şəhərinin qaradovoylarına ayda hərəyə 300 manat ayırmaq (onların hərəsinə 150 manat düşür) sərəncamı veriblər ki, xəzinədar buna əməl etmişdir;
6. Elə həmin zabitlər bu xəzinədara xəzinədə bir erməni qəpiyinin də olmasına baxmayaraq tiflə mübarizədən ötrü Şuşa şəhər Qolovasına 50000 manat ayırmaq sərəncamı veriblər, bu pulların 5 min manatını Şəhər Qolovası mənim gəlişimə qədər almağa macal tapıb, 45 min manatın ayrılmasına isə icazə verməmişəm.
Deyilənlərə görə, zabitlər yuxarıda göstərilən xalq məktəbləri müfəttişi Quliyevi ona görə tələb edir ki, Azərbaycan hökumətini tanımayan erməni məktəblərinin kənd müəllimlərinə məvacib ayırmaq sərəncamı versinlər;
7. İngilislər ermənilərin müsəlmanlardan bir ildən artıq əvvəl törədilmiş cinayətlərə aid şikayətlərini qəbul edirlər.
Salman bəy Əlibəyov deyilən – məşhur Şaumyanın, vaxtilə ondan dolanışıq xərci alan sağ əli Fərruz bəy Vəzirovun malikanəsini talan etmək ittihamı ilə həbs olunmuşdu. Salman bəy digər soyğunçularla birlikdə həbs edilmişdi və onlarla Şuşa həbsxanasında yatırdı. Erməni dostlarının razılığı ilə Salman bəy müstəntiq tərəfindən Şuşa şəhərinin erməni hissəsinə çağrılmış, burada onu müşayiət edən konvoy tərksilah edilmiş, Salman bəy isə azadlığa buraxılmışdır. Ermənilər onun üçün siyahı ilə pul toplamış və o, ermənilərin himayəsi altında Şuşada yaşayır. Həmin Salman bəy bu günlərdə ingilis zabitlərinin yanında olmuş, onlar ona demişlər ki, onun həbsinə heç kim cəsarət edə bilməz.
Belə misallardan çox çəkmək olar, lakin deyilənlərdən də aydındır ki, ingilis zabitləri Azərbaycanın işlərinə qarışırlar. Yanvarın 19-da mən Şuşada olarkən burada qəza rəisi ilə söhbət aparıb, Qəza idarəsində ingilis zabitləri ilə müsəlmanların gediş-gəlişindən ötrü erməni kəndlərindən keçən bəzi yolların açılması mümkünlüyü barədə müşavirə keçirməyi lazım bildim. Qəza rəisi həmişə zabitləri Qəza idarəsinə müşavirəyə dəvət etmək üçün onların yanına yollandı. Onlarsa cavab verdilər ki: “Biz Britaniya İmperiyasının nümayəndələriyik, odur ki, qoy qubernator yanımıza gəlsin”. Mən onların yanına getmədim və buna görə müşavirə baş tutmadı.
Qubernator İbrahim ağa Vəkilov”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |