26.12.2017 [11:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Sabah Prezident İlham Əliyevin doğum günüdür. Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentinə ad günü münasibətilə təbriklər ünvanlayırlar. Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, eləcə də müxalifət partiyalarının rəhbərləri dövlət başçısını təbrik edirlər. Prezidentə ünvanlanan təbriklərdə qeyd edilir ki, Azərbaycanın bugünkü uğurları, sosial-iqtisadi yüksəlişi və beynəlxalq siyasi nailiyyətləri məhz cənab İlham Əliyevin çevik və qətiyyətli siyasətinin təntənəsidir.
Azərbaycanın qlobal uğurlarının müəllifi İlham Əliyevdir
Qüdrət HƏSƏNQULİYEV,
Milli Məclisin deputatı,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri:
- Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan kifayət qədər ciddi uğurlar əldə edib. Son 14 ildə Azərbaycanın regionda mövqeyini gücləndirən bir neçə transmilli layihə gerçəkləşdirilib, güclü ordu yaradılıb. Ölkədə infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılıb, şəhər və rayonlarda genişmiqyaslı abadlıq işləri aparılıb.
Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə gücləndirilməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb. Eyni zamanda Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platform, həmçinin modern və tolerant ölkə kimi tanınıb. Bu nailiyyətlər Azərbaycan Prezidentinin əldə etdiyi uğurların bir hissəsidir.
Bütün bunlarla yanaşı, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb istiqamətində nəqliyyat dəhlizinə çevrilib, “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Bütün bu qlobal uğurların müəllifi, əlbəttə, Azərbaycan Prezidentidir.
Prezidentin can sağlığı hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Ölkənin ritmi məhz onun nəbzində döyünür. Bu baxımdan da, hesab edirəm ki, bu ritm nə qədər dəqiq və düzgün olarsa, Azərbaycanın inkişafında daha ciddi irəliləyişlərin şahidi olarıq.
Cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm, ona şəxsi həyatında xoşbəxtlik, güclü iqtisadiyyata malik olan, demokratik və hüquqi dövlət quruculuğu ilə bağlı fəaliyyətində uğurlar diləyirəm.
İlham Əliyev mükəmməl inkişaf modeli müəyyənləşdirib
Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı,
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri:
- Müstəqilliyimizin bərpasından ötən 26 ildə keçilən yola nəzər saldıqda aydın şəkildə görərik ki, Azərbaycan güclü bir dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin son 14 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Belə ki, bu müddət ərzində özünün mükəmməl iqtisadi inkişaf modelini müəyyənləşdirən Azərbaycan İlham Əliyevin liderliyi ilə mühüm uğurlara imza atıb. Müasir, demokratik ölkə quruculuğu istiqamətində düzgün strateji yol seçilib və Azərbaycan bu yolda uğurla, inamla addımlayır. Dövlət başçısının təşəbbüsü ilə gerçəkləşən bütün layihələr ölkənin tərəqqisinə xidmət edir. Eyni zamanda bu layihələr Azərbaycanın beynəlxalq imicini yüksəldir. Cənab Prezidentin multikulturalizm, İslam həmrəyliyi ilə bağlı təşəbbüsləri də beynəlxalq birlik tərəfindən çox yüksək qiymətləndirilir. Bütün bunlar müasir, müstəqil Azərbaycana böyük dividendlər qazandırır.
Azərbaycan Prezidentinin yeni inkişaf konsepsiyasına uyğun olaraq ölkənin davamlı inkişafı üçün müvafiq strateji yol xəritələri təsdiqlənib.
Cənab Prezident Azərbaycanın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox qətiyyətli, prinsipial mövqeyini dünyaya nümayiş etdirir. Bütün danışıqlarda, çıxışlarda Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edir. Lakin bu münaqişənin həll olunmaması üçün çalışan qüvvələrin ikili standartlar prinsipi çətinliklər yaradır. Buna baxmayaraq, dövlət başçısı münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələni edir.
Bütün bu uğurların gerçəkləşməsində yorulmadan çalışan dövlət başçısına doğum günü münasibətilə möhkəm cansağlığı və işlərində uğurlar arzulayıram.
İlham Əliyev dəyişməz, düzgün, prinsipial mövqe sahibidir
Fazil MUSTAFA,
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı:
- Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 14 ili daha çox Azərbaycanın dünyada özünü təsdiq tarixi kimi yadda qaldı. İstər böyük əhəmiyyət daşıyan beynəlxalq müqavilələrin imzalanıb həyata keçirilməsi, istər mötəbər beynəlxalq siyasi və idman tədbirlərində ölkənin ciddi söz sahibi kimi çıxış etməsi və uğurlar qazanması ölkə Prezidentinin birbaşa aktiv fəaliyyəti ilə bağlıdır.
Xarici siyasətdə ayrı-ayrı güc mərkəzləri ilə balanslı münasibətlərin qorunması, müstəqil siyasətin aparılması Azərbaycana dünyada hörmət olunan dövlət imici qazandırdı. Ölkə daxilində sabitliyin qalıcı bir dəyərə çevrilməsi Azərbaycanı bir sıra qonşu ölkələrdə yaşanan xaos və qarışıqlıq sindromundan xilas edə bildi. Dağlıq Qarabağ məsələsində Azərbaycanın öz dəyişməz, düzgün, prinsipial mövqeyini qəbul etdirməsi də bu 14 ildə müşahidə olunan ən ciddi məqamlardandır. Prezidentin Dağlıq Qarabağ məsələsinin həllində qətiyyətli mövqeyini aprel döyüşləri zamanı real olaraq müşahidə etdik. Biz müxalifət partiyaları olaraq Prezidentin bu istiqamətdə atdığı addımları birmənalı dəstəklədik.
Bundan sonra da siyasi və iqtisadi islahatları davam etdirmək niyyətini bəyan edən ölkə Prezidentinə uğurlar və cansağlığı arzulayır, doğum günü münasibətilə təbrik edirəm.
İlham Əliyev növbəti seçkilərdə də böyük qələbə qazanacaq
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü:
- Son 14 ildə Azərbaycanın iqtisadi-siyasi, mənəvi tarixində kifayət qədər mühüm addımlar atılıb. Bu gün keçmişə nəzər saldıqda tam aydın görürük ki, cənab İlham Əliyev prezidentliyi dövründə ölkənin simasını büsbütün dəyişmiş, Azərbaycanı dünyaya yeni libasda təqdim etmişdir.
Ən əsası isə odur ki, Azərbaycan siyasi cəhətdən nəinki regionda, hazırda dünyada sabit dövlətlərdən biri kimi özünü təsdiq etmişdir. Ölkə rəhbərinin xalqına, millətinə, dövlətinə xidmətinin ən böyük göstəricilərindən biri də məhz respublikadakı siyasi sabitlikdir. Bu gün dünya, Yaxın Şərq od-alov içərisində yanır. Ayrı-ayrı ölkələrdə insanlar sanki səksəkəli halda yaşayırlar. Dünyanın ən inkişaf etmiş ölkələrində və bəşəriyyətə demokratiya dərsi keçən dövlətlərin hər birində baş verən hadisələr gözümüzün önündədir. Tanrı cənab Prezidenti qorusun, onun atdığı addımlar müsbət nəticələrini verir. Əgər bu gün dünya ölkələrini sabitlik, əmin-amanlıq baxımından sıralasaq, mübaliğəsiz deyə bilərik ki, cənab İlham Əliyevin liderliyində Azərbaycan birinci yerdə qərar tutacaq...
İkinci vacib məsələ Azərbaycanın iqtisadi qüdrətinin təzahürüdür. Bu gün ölkəmiz təkcə regionun deyil, Avropanın və dünyanın inkişaf etmiş dövlətləri arasında mətin addım ata biləcək və dünyaya kömək etmək iqtidarında olan bir dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanı dünya ictimaiyyəti əlverişli geosiyasi mərkəz olmaqla yanaşı, münbit iqtisadi zona kimi tanıyır. Müasir dəmir yollarının çəkilməsi, qaz-neft borularının ölkə sərhədlərini aşması Azərbaycan üçün yeni imkanlar yaradıb. Uğurlu iqtisadi əlaqələr vasitəsilə Avrasiyada mövcud olan türk körpüsünün bərpası məhz Azərbaycan tərəfindən edilib. Sözsüz, bu layihələrin müəllifi cənab Prezidentdir. Qeyd edim ki, cənab İlham Əliyevin fəaliyyəti, uğurları haqqında saatlarla danışmaq olar. Ümumilikdə müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və digər istiqamətlərdə qazandığı uğurların xronologiyası çox zəngindir.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu uğurların, çoxsaylı nailiyyətlərin qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rolu əvəzsizdir. Onun cənab Prezidentlə birgə fəaliyyəti, qoşa addımlamağı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatına böyük təsir göstərib, ölkəmizi müasir, inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəldib.
Cənab Prezidenti doğum günü münasibətilə təbrik edirəm. Ona uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayıram. Arzu edirəm ki, növbəti prezident seçkilərində də böyük uğurla qələbə qazansın və sükanı belə saxlasın...
İlham Əliyev əsl liderdir
Fərəc QULİYEV,
Milli Məclisin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri:
- Bu gün həqiqətən Azərbaycan güclü bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin söylədiyi kimi, 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur.
Biz həmişə elan etmişik ki, siyasi müxalifət şəxslərə, fərdlərə qarşı qərəzli olmaq deyil. Əgər bir insan ölkənin mənafeyinə uyğun fikir səsləndirirsə və milli maraqlarımıza uyğun addım atırsa, onun yanındayıq. Kimliyindən asılı olmayaraq ölkənin, xalqın əleyhinə çirkin kampaniya aparanların isə qarşısındayıq.
Mən ölkə Prezidentini vətənpərvər insan kimi tanıyıram, şəxsiyyətinə böyük hörmət edirəm. Ən azı bir misal çəkmək yetərlidir. Beynəlxalq yarışlarda Azərbaycan idmançıları medal qazanarkən bayrağımız yüksək zirvələrə ucalanda cənab Prezidentin sevincdən gözləri dolur. Bu, insan üçün çox mühüm bir keyfiyyətdir.
Son dövrlər yaranmış beynəlxalq qlobal çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti çox ciddi şəkildə cəsarətlə islahatlara gedərək neftdən asılı olmayan büdcənin formalaşması üçün əlindən gələni etdi. Belə bir çətin məqamda bunu həyata keçirmək riskli idi. Ancaq cənab İlham Əliyev bu addımı atdı və xeyrini gördük. Yəni dövlət başçısının bu addımı da təqdirəlayiq haldır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe xalqımızı hər zaman qürurlandırıb. Çünki dünyanın ən güclü dövlətlərinin təzyiqi olmasına baxmayaraq, cənab İlham Əliyev çox açıq şəkildə xalqın milli iradəsini ifadə edərək “Biz bir qarış da torpağımızı güzəştə getməyəcəyik. Qərbi Azərbaycanda Ermənistan dövləti qurulub, ikinci Ermənistan dövlətinin qurulmasına razı olmayacağıq, bütün imkanlardan istifadə edib torpaqlarımızı geri qaytaracağıq” çağırışını səsləndirməklə öz qətiyyətli mövqeyini ortaya qoyub. Hesab edirəm ki, bu, hamımızın milli iradəmizi ifadə edən bir fikirdir. Elə buna görə də dövlət başçısının bu prinsipiallığı ona böyük rəğbət qazandırıb.
Azərbaycan Prezidentinin bütün sahələrdə həyata keçirdiyi islahatlar təqdirəlayiqdir. Cənab İlham Əliyev istər idarəetmədə mərkəzləşdirmə, istərsə də kompakt komanda yaratmaq və ixtisarlar aparmaqla israfçılığın qarşısını almağa çalışır. Korrupsiyaya qarşı mübarizədə ciddi addımlar atan Prezident bu məsələdə geri çəkilmir. Partiyalara ölkədə düşüncə mübarizəsinin sağlam şəkildə aparılmasına çağırışlar edir.
Ölkəmizdə heç kim alternativ fikrə qarşı dayanmayıb. Daim imkan verilib ki, mətbuat və partiyalar geniş şəkildə inkişaf etsin. Ən yaxşı fikirlər hər zaman nəzərə alınıb. Parlamentdə təmsil olunan partiya sədri kimi təkliflərimin az qala 90-95 faizinin nəzərə alındığını və həyata keçirildiyini görürəm. Bu, həm də dözümlülük, tolerantlıq, təşəbbüslərə yer vermək baxımından Prezident tərəfindən atılan addım kimi qiymətləndirilməlidır. Bir sözlə, İlham Əliyev əsl liderdir.
Bir insan kimi cənab İlham Əliyev gözəl ailə başçısıdır. Çox səmimi, təvazökar bir insandır. Cənab Prezidenti doğum günü münasibətilə təbrik edirəm və ən xoş arzularımı çatdırıram.
İlham Əliyev Azərbaycanı dünyada güclü, modern və nüfuzlu dövlət kimi tanıdıb
Tahir KƏRİMLİ,
Milli Məclisin deputatı,
Vəhdət Partiyasının sədri:
- On ildən çoxdur ki, Vəhdət Partiyası Prezident İlham Əliyevin strateji xəttinin müdafiəsi haqqında qərar qəbul edib və daim buna sadiq qalmışıq. Bunun da əsas səbəbi odur ki, həqiqətən, ötən müddət ərzində məhz cənab Prezidentin fəaliyyəti sayəsində Azərbaycanda sabitlik və sürətli iqtisadi inkişaf təmin olunub. Hətta dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi strategiya sayəsində beynəlxalq qlobal böhran Azərbaycana o qədər də təsir göstərmədi.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olduğunu sübuta yetirən cənab İlham Əliyev Azərbaycanı çox güclü dövlətə çevirdi. Onun rəhbərliyi altında Azərbaycanın qazandığı nailiyyətlər saysız-hesabsızdır. Azərbaycanın reallaşdırdığı beynəlxalq əhəmiyyətli, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşməkdə olan layihələr ölkəmizi dünya birliyinin aparıcı neft-qaz ixracatçısına, mühüm tranzit-logistika məkanına çevirib. Çindən Qərbi Avropaya, Hindistandan Şimali Avropaya gedən dəmir magistrallar bu gün Azərbaycandan keçir. Bütün bunlar cənab İlham Əliyevin təşəbbüsü sayəsində reallaşıb. Artıq Azərbaycan Prezidentini dünyada həm də təşəbbüskar dövlət başçısı kimi tanıyırlar. İlham Əliyev Azərbaycanı dünyada güclü, modern və nüfuzlu dövlət kimi tanıdıb.
Cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycan bölgədə, işğalçı Ermənistanı çıxmaqla, bütün dövlətlərlə ikitərəfli münasibət qurub və dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Böyük dövlətlər Azərbaycana hörmətlə yanaşır və bəzi məsələlərdə ölkəmizlə hesablaşırlar.
Bu gün İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlar gələcəyə nikbin baxmağa zəmin yaradır. Hazırda Azərbaycanın 42 milyard dollar valyuta ehtiyatları var. Bu da gələcək üçün yaxşı imkanların yaradılacağından xəbər verir. Son 14 ildə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli isitiqamətində gördüyü işlər, prinsipial siyasət də xalqımız tərəfindən təqdir olunur. Bu müddət ərzində dövlət başçısı bütün beynəlxalq konfranslarda, ən ali tribunalarda Ermənistanın işğalçı siyasətini ifşa edib. Artıq dünya birliyi Azərbaycan həqiqətlərini qəbul edir, ərazi bütövlüyümüzü tanıyır. Əksər beynəlxalq təşkilatlar, böyük dövlətlər bu işğalçı siyasəti qınayan bəyanatlar qəbul ediblər. Beynəlxalq hüquq tam Azərbaycanın tərəfində olduğundan Ermənistan müharibəsiz işğal etdiyi torpaqlarımızı geri qaytarmağa məcburdur.
Bütün bunlar cənab İlham Əliyevin diplomatik bacarığı sayəsində gerçəkləşib. Bunu bütün Azərbaycan xalqı çox gözəl bilir. Ona görə də biz xalqa layiqli xidmət edən dövlət başçısının daim yanındayıq və Vəhdət Partiyası prezident seçkilərində yenə də cənab İlham Əliyevin namizədliyini müdafiə edəcək.
İlham Əliyev Qarabağı Azərbaycana qaytaracaq
Araz ƏLİZADƏ,
Milli Məclisin deputatı,
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri:
- Bu gün müstəqil Azərbaycan dövləti sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Son 14 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, qətiyyətli və müstəqil siyasətlə Azərbaycan, sözün əsl mənasında, mütəhərrik, demokratik və gələcəyini görən qüdrətli dövlətə çevrilib.
Cənab Prezidentin beynəlxalq aləmdə öz xalqının milli maraqlarını necə qoruduğunun, müdafiə etdiyinin, Azərbaycanın haqq səsini dünya birliyinə necə çatdırdığının hələ illər öncə şahidi olmuşuq. Prezidentin AŞ PA-dakı fəaliyyəti zamanı konfrans zalında olanların əksəriyyəti Azərbaycanın düşmənləri idi. Ancaq cənab İlham Əliyev dəqiq arqumentlərə, tutarlı faktlara əsaslanaraq çox gözəl çıxışlar edirdi. Ardınca isə ona ünvanlanan suallara çox səlis və dəqiq cavablar verirdi. Çıxışlarından sonra həmin şəxslərin əksəriyyəti öz fikirlərini dəyişməsələr də, qarşılarında güclü, qətiyyətli siyasətçinin dayandığını etiraf edirdilər. Bu, həqiqətən də, qürurverici idi. Bu gün Azərbaycan Prezidentinin adı dünyanın sayılıb-seçilən liderləri sırasında çəkilir.
Cənab Prezident həm də gözəl ailə başçısıdır. Dövlət başçısının xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva cənab İlham Əliyevin ən böyük dəstəkçisidir.
Ötən ilin aprelində biz həm də şahidi olduq ki, cənab Prezident eyni zamanda qüdrətli, güclü Ali Baş Komandandır. Onun həyata keçirdiyi ordu quruculuğu prosesi nəticəsində bu gün Cənubi Qafqazın ən güclü, modern Silahlı Qüvvələrinə sahibik. İndi hər kəs əmindir ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Hesab edirəm ki, aparılan sülh danışıqları bir nəticə verməsə, cənab İlham Əliyev öz xalqına, ordusuna güvənərək işğal altında olan torpaqlarımızı müharibə yolu ilə geri qaytaracaq. Gün gələcək, bunun da şahidi olacağıq. Əminəm, İlham Əliyev Qarabağı Azərbaycana qaytaracaq.
Ümumiyyətlə, hər bir prezidentin öz fəaliyyət funksiyası var. Dövlət başçısı xalqına layiqli xidmət etməli, milli maraqları təmin edən siyasət yürütməli, ölkəsini istənilən hücumlardan qorumalı və siyasi-iqtisadi islahatlar həyata keçirməklə xalqın sosial rifah halını yaxşılaşdırmalıdır. Bütün bu xüsusiyyətlər cənab İlham Əliyevdə var və 2003-cü ildə Prezident seçilərkən “Mən hər bir vətəndaşın Prezidenti olacağam” ifadəsini işlədən dövlət başçısı öz fəaliyyəti ilə bunu artıq sübuta yetirib.
Rəşad BAXŞƏLİYEV,
Elnur HADIYEV,
“Azərbaycan”

Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |