13.06.2012 [11:56] - Mədəniyyət
İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” tarixi-sənədli filminin təqdimatı keçirilmişdir.Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbirdə filmin yaradıcı heyəti səhnəyə dəvət olunmuşdur.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu cür layihələrin Azərbaycan mədəniyyətinə təcavüz edənlərə cavab olduğunu bildirmişdir. Bu layihə “Sarı gəlin”in məhz Azərbaycan xalqına məxsus olduğunu bir daha təsdiqləyir.
Bütün iştirakçılara minnətdarlığını bildirən filmin baş prodüseri və layihə rəhbəri Nazim Abdullayev demişdir ki, bu ekran əsəri müəyyən fasilələrlə 8 ay ərzində çəkilmişdir. Filmin çəkilişləri Azərbaycandan əlavə, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrdə də aparılmışdır.
Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan və Xakasiya respublikalarının və Moldovanın Qaqauz Yerini təmsil edən folklor kollektivləri “Sarı gəlin” mahnısımı öz dillərində ifa etmiş və özünəməxsus musiqi alətlərində səsləndirmişlər.
Sonra “Sarı gəlin” filmi təqdim edilmişdir.
Filmin ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicat, montaj rejissoru İlqar Tural, icraçı prodüseri Vüqar Heybətov, redaktorları Rasim İsmayılov, Hicran Mehdiyeva, operatorları Şahmar Səfəroğlu, İhab Hecazi, Alim Timurbekov və Sərxan Sadiqidir.
Filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan bu qədim mahnını elmi araşdırmalara əsaslanaraq təqdim etmişlər.

Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |