27.12.2017 [10:53] - Xəbərlər, DAVAMın yazıları
Vətəni qibləgah edən şəhidlər
... - Yaşar, görəsən bir də Bakının işıqlarını görə biləcəyik... Ancaq bu gün də tarix yazdıq... Gördün erməniləri necə oturtduq yerində, onların qaçmaqlarını heç vaxt unutmayacağam... Buradan sağ çıxsaq, salamat evimizə qayıtsaq, bu günlərimizi danışıb-güləcəyik...
- Rusif, bura qədər gəlmişik, daha bizə zaval yoxdur. Ancaq unutmayaq ki, erməni bu yerləri əvvəllər də əsarətdə saxlayıb, buranın hər cığırına bələddir. Deyirəm, birdən qaçıb getməzlər, gizlənərlər...
- Nə bilmək olar... Hələlik hər şey əladır... Uşaqlar, gəlin bir azca yataq, gözümüzün yorğunluğunu alaq. Sonra, qələbəni bayram edərik...
Xüsusi təyinatlılar birlikdə əməliyyata gedəndə, dincəlmək lazım olanda canavar kimi ağız-ağıza yatarlar. Gizir Rusif Ağayevin başçılıq etdiyi qrup dincəlməyə qərar vermişdi. Başlarını torpağın üstünə qoydular ki, bir az gözlərinin acısını alsınlar. Rusif yenə də, zarafatından qalmadı:
- Əəəə, sən öl, indiyə qədər heç fərqində olmamışdım, həqiqətən də torpağın üzü soyuqdur e...
Amma çox dincəlmədilər, bir saat keçməmiş, yenidən səfərbər olub yola düzəldilər. Artıq səhər açılırdı. Hava işıqlaşanda, duman və çiskin çəkilməyə başlayanda hərəkət etmək də çətinləşdi. Və Rusifgilin qrupu bir mövqedə dayanıb gözləməyə qərar verdilər... Beləcə günortaya qədər, əməliyyat planına uyğun olaraq hərəkət etdilər...
Modern.az saytı “Aprel şəhidləri” barədə növbəti yazını təqdim edir.
Hərbçilərimiz ikinci aşırımı keçəndə artıq günortadan xeyli ötmüşdü. Rusif dönüb yanındakı dostu Yaşar Ağayevə dedi:
- Görək bu Ağayevlər günün sonuna kimi salamat qala biləcəklərmi? Salamat qalsaq, bizə ölüm yoxdur...
Əslində düşmən tərəf atəşi səngitmişdi. Nə səbəb idisə, daha atmırdılar. Şəhid və yaralı hərbçilərimiz yada düşəndə Rusifgilin ürəyindən qan axırdı. Və birdən o, Yaşar Ağayevi yanında yıxılan gördü. Qarşı tərəfdən snayper atəş açmışdı. Deyəsən aşağıdan üzü yuxarı atmışdılar. Bayaq Yaşar deyirdi axl. Bunlar 24 ildir bu yerləri əsarətdə saxlayıblar, hər cığırına-izinə bələddirlər. Başı al qan içərisində idi Yaşarın. Əvvəl elə bildilər ki, gözü çıxıb. Sonra baş qapağının sanyper atəşindən parçalandığını gördülər. Rusif dostunun dağdan aşağı daha tez endirilməsi üçün qrup üzvlərinə göstəriş verdi. Və hərbçilərimiz yer dəyişməyə qərar verdilər. Deməli ermənilər necə olmuşdusa bizimkilərin yerini təyin etmişdi. Əslində burada şübhələnməli bir səbəb də yox iudi. Düşmən zəbt etdiyi yerdə bütün mövqeləri və səngərləri əlinin içi kimi tanıyıırdı və təbii ki, gözü yumulu da bu istiqamətləri müəyyən edə bilirdi.
Heç iki dəqiqə keçməmiş aşağı tərəfdən atılan digər snayper gülləsi Rusifin çanağını yaraladı. Ağrıdan bir anlığa qıvrıldı. Ayağa durub qamətini düzəltmək və qarşı tərəfə atəş açmaq istəyəndə düşmən snayperi Rusifin alnından nişan aldı...
Beləcə, bir saat bundan əvvəl dostları ilə danışan Rusif artıq yox idi... Hava dumanlı və çiskinli olanda dərə aşağı gizlənən düşmənlər yuxarıda dayanan Azərbaycan döyüşçülərinin yerini müəyyən etmişdilər. Duman çəkilən kimi atəş açmışdılar.
Rusifin ruhu Tanrı dərgahına qalxıb, azad olunan torpaqları seyr edirdi. Bədənində elə yüngüllük var idi ki... Göylərdə uçmaqdan sevinirdi... Axı əvvəllər də paraşütlə çox uçmuşdu.
Elə həmin vaxt, aprelin 6-sı günorta saat 15.00 radələrində Rusifin oğlu ağlayaraq, anasının qucağına qaçmış və atasını istəmişdi... Hansı hiss, hansı qüvvə bu sözü 4 yaşlı uşağa dedizdirmişdi? Bu sualın cavabını bircə Tanrı bilir.
...Rusif Ağayev Lənkəranın ən gözəl yerində Hirkan meşələri və Hirkan dağları ilə əhatə olunmuş Hirkan qəsəbəsində dünyaya göz açmışdı. Hirkan qəsəbəsi əvvəllər Avrora sovxozu adlanırdı. Atası sürücü, anası çayçı idi. Böyük nənəsi də çayçı idi. Zəhmətkeş ailədə hər kəs öz işini bilirdi.
Babası Rəhim Ağayev keçmiş SSRİ-nin Azərbaycan üzrə su hövzəsi tikintisində göstərdiyi fəallığa və verdiyi layihəyə görə “Qırmızı Əmək Bayrağı Ordeni” almışdı. Nənəsi də çay sovxozunda ən fəal çayçılardan idi. Gündə 350 kiloqram çay yığardı. Sovet İttifaqı onu da mükafatlandırmaq istəyəndə, babası Rəhim kişi deyibmiş ki, “bir evdə bir qəhrəman olar” və nənəsinin adlı-sanlı çayçılar sırasında görünməsinə mane olmuşdu. Bunların hamısını Rusifə nənəsi danışmışdı.
Rusifin atası İbrahim Ağayev danışır ki, indi yaşadığı bu ata-baba həyətində 9 bacı-qardaş böyüyüblər. Ailənin bütün uşaqları zəhmətsevər, işgüzar olub. O zamanın uşaqlarında ərköyünlük olmazdı. Elə buna görə də öz övladlarını da - iki oğlu, bir qızını da ərköyün böyütmədi.
Rusif Ağayev 1987-ci il aprel ayının 16-da Lənkəranın o vaxtkı Avrora sovxozunda (indiki Hirkan qəsəbəsi) doğulmuşdu. Məktəbi bitirəndən sonra, ali hərbi məktəbə sənəd verdi, lazım olan balı yığa bilmədiyinə görə, 2005-ci ildə hərbi xidmətə yola düşdü. Və Azərbaycanın Hərbi Dəniz Donanmasında xidmət etməyə başladı. 6 ay hərbi xidmət keçəndən sonra özünü nümunəvi əsgər kimi tanıtdı.
Bir gün Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev onların qulluq etdiyi hərbi hissəyə gəldi. Əsgərlərin güzəranı ilə maraqlanan nazir, hal-əhval tutdu. Bu zaman Rusif Ağayev hərbi təzim edərək, nazirə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək arzusunda olduğunu bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi.
Sınaq imtahanlarından uğurla keçən 12 hərbçi arasında Rüsif Ağayev də oldu...
İnsanlar öz arzularına çatanda xoşbəxt olurlar. Rusifin də ən böyük arzusu məsləkinə yetişmək idi. İstər məktəbdə, istər hərbi sistemdə, istərsə də ailədə hər zaman nümunəvi oldu. İbrahim Ağayev oğlunun uğurlarına daim sevinirdi. Deyir ki, Hirkan kəndinin adı bir çox mənbələrdə “Canavar yuvası” kimi ehtiva edilir.
- Oğlumla söhbətlərimizi xatırlayanda, dostlarının onun haqqında xatirələrini eşidəndə, fikirləşirəm ki, elə mənim oğlum da kəşfiyyatda bir canavar olub. Vətəni çox sevirdi. Heç vaxt yalan danışmazdı. Düzgün insan idi. Onun toyunu 2008-ci ildə etdim. Hərbi hissədən komandiləri ilə birlikdə 68 nəfər hərbçi gəlmişdi. O işlədiyi hərbi hissədə də böyük ehtiram, hörmət qazanmışdı. Bir də ona görə başımı dik tuturam ki, mənim oğlum “Aprel döyüşləri”ndə şücaət göstərib. Talış yüksəkliyinin alınmasında yaxından iştirak edib. Hətta atəşkəsdən sonra da, düşməndən geri aldıqları mövqeni qeyrətlə qoruya bilib.
Atəşkəs anlaşmasından sonra kəşfiyyata gedən iki qrupdan biri Rusifin qrupu olub. Öz canı və qanı hesabına dostlarını ölümdən qurtarıb. Özü isə həlak olub.
İbrahim kişinin iş yeri Bakıda olduğundan Lənkərana aradabir gedirdi. Aprelin 5-də televiziyada “Xəbərlər” proqramını izləyəndə, eşidir ki, 12 nəfər şəhidimiz var. Çox heyfsilənir. Ancaq Rusifə görə bərk narahat olmur. Çünki martın 30-da Rusif ailəsini Lənkərana aparıb, ata evinə qoyanda demişdi ki, “ata, ermənilərin təxribat etmələri haqqında xəbər almışıq. Təxtribatın qarşısını almaq üçün o biri tərəfə keçid edəcəyik”.
Rusifə çox arxayın olan İbrahim kişi qətiyyən həyəcanlanmamışdı. Arada kiçik oğlu Rasifə zəng vuraraq, Rusifi xəbər alırdı. Rasif də “salamatçılıqdır” deyə cavab verirdi...
Aprelin 6-da isə Rusif özü telefonla atası ilə danışmışdı. “Ata, sən özündən muğayat ol, məndən nigaran olmayın, uşaqları sənə tapşırıram...”.
- Bu sözlərindən şübhələndim. Heç bir dəqiqə çəkmədi danışığı. Söz soruşmaq istədim, “Sağ ol, sağ ol, harada olsam sizə xəbər edəcəm” deyib, telefonu söndürdü. Sonra məni titrəmə tutdu elə bil... “Rusif, Rusif” deyib qışqırdım, onu çağırdım. Telefonu bağlı idi. Səsimə qonşular gəldilər. Mənə su verib sakitləşdirdilər. Onu yola salanda bilməmişdim ki, bunlar ön cəbhəyə gedib.
Aprelin 6-da axşam saat 11 olardı, telefonuma zəng gəldi. Tanımadığım bir səs idi. Çox soyuqqanlılıqla dedi ki, “sizin oğlunuz Rusif Ağayev qəhrəmancasına şəhid olub...”.
Soruşdum ki, “kimsən sən?”, dedi ki, “Elbrusdur, Rusifin hərbçi yoldaşı”. Bir az keçdi, Hərbi Dəniz Donanmasında işləyən ailə dostumuz Böyükxan Mehrəliyevə zəng vurdum. O səsimi eşidən kimi, başladı hönkür-hönkür ağlamağa.
Sonra Rusifin komandiri zəng etdi, mənə dedi ki, Zığ qəsəbəsinə, onların qərərgahına getməliyəm. Evdən çıxanda həyətində qaldığım qonşum dedi ki, paltarları tərs geymişəm, ayağımdakı da çəkələkdir. Əyin-başımı düzəldib tələsik maşına oturdum, gecənin qaranlığında NZS-dən Zığa qədər yolu 5-6 dəqiqəyə sürdüm. Rusifin xidmət etdiyi hərbi hissəyə çatdım. Baxdım ki, əsgərlər bir tərəfdə yığılıb, komandirlər digər tərəfdə... Hamısı başlarını aşağı salıb lal-dinməz dayanıblar...
Aprelin 6-sı günorta radələrində oğlumun bəzəkli tabutunu həyətimizə gətirdilər və bütün el-oba onunla vidalaşdı... Oğlumun tabutunu açdırıb, güllə dəymiş alnından öpdüm.
... Qardaşı Rusifin həyat yoldaşı Mahruha zəng vurub onu gecə ilə evə gətirmək istədiyini bildirir. Bir gün əvvəl Astaraya anasıgilə qonaq getmişdi. Lakin cəbhə xəbərlərini eşidəndə rahat ola bilməmişdi. Qaynı Rasif ona zəng vuranda, gecə saat 4 idi. Yatmamışdı. “Anam ağır xəstədir” deyib qaynı.
Mahruh qaynatasının həyətinə girəndə baxdı ki, bütün-qohum əqraba buradadır. Pilləkənlərlə eyvana qalxıb evə keçəndə artıq gözləri heç nə görmürdü, qulaqları heç nə eşitmirdi... Ayılanda qohum-əqrəbanı başının üstündə gördü.
...Mahruhla Rusifin maraqlı bir sevgi tarixçəsi var idi. Mahruh 10-cu sinifdə oxuyanda Bakıdakı hərbi hospitalın yanında yaşayan xalasıgilə qonaq gəlir. Yolda bir ortaboylu, qaraşın oğlan yaxınlaşıb, ondan söz soruşur. Yolları eyni istiqamətə olduğundan söhbət-söhbət xeyli çəkir və məlum olur ki, onula söhbət edən Rusif Ağayev hərbçidir, Mahruh isə Astara rayonundandır.
Bu tanışlıqdan sonra bir-iki ay telefonla danışırlar. Sonra hər şey unudulub gedir. Aradan 1 ilə yaxın vaxt keçir. Bir bahar günü Mahruh məktəbdən evə qayıdanda ondan qabaqda gedən oğlanlardan biri telefonla kiməsə deyir ki, “hə, qız elə mənim arxamca gəlir, istəyirsənsə, telefonu verim özünə...”. Bu sözləri Mahruhun qulağı çalır. Lakin oğlanlar uzaqlaşıb gedirlər. Mahruh isə evə gəlir. Təqribən 1 saatdan sonra ev telefonu zəng çalır, telefonu təsadüfən Mahruh özü qaldırır. Bu zaman Rusifin səsini eşidir, həmən tanıyır. Rusif ona deyir ki, onun bir əsgəri Mahruhun olduğu kənddəndir. Əsgərindən onların evini, ailəsini və ünvanını öyrənib. Elə həmin dəqiqə Mahruha deyir ki, Bakıda ev kitayələyib, evlənmək üşün ev tutub. Hər cür rahatlıq yaradıb evdə. Bu dəqiqə “hə” desə, onu gəlib qaçırıb aparar.
Mahruh “nədən qaçırırsan ki?”,- deyə soruşanda, Rusif cavab verir ki, ata-anası başqa qızı seçiblər, o isə həmin qızı istəmir. Və Mahruha düşünmək üçün 1 həftə vaxt verir. Bir həftədən sonra yenə Mahruha zəng edir və qız heç düşünmədən, onunla qaçmağa hazır olduğunu deyir. Taleyin qəribə işləri olur. Öz həyatını ömürlük bağlamaq üçün demək olar ki, tanımadığı oğlanla getməyə hər kəs belə cürət etməzdir. Amma görünür, hələ ötən il Rusifi görəndə Mahruhun ürəyində onun alicənablığına, mərd və qeyrətli bir oğlan olduğuna əminlik yaranmışdı.
Mahruh məktəbdən çıxarkən Rusif onu qaçırır... 1 ay sonra isə İbrahim kişi bütün küskünlüyü və incikliyi unudub, həyətində oğluna şahanə bir toy çaldırır. Bu, 2008-ci ilin yayında oldu...
Şəhidin anası Rəsmiyə xanım oğlunun haqqında danışa bilmədi. Mən isə onu yaxşı anlayırdım. Danışmaq çətin idi.
...Vətən uğrunda şəhid olanlar Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin diqqətindən kənarda qalmadı. Gizir ailələrinin əksəriyyəti evlə təmin olundu. Rusif Ağayevin iki körpəsi də bu qayğıdan bəhrələndi. Rusifin arzusunda olduğu, lakin görmədiyi evində indi Mahruh və iki balası - qızı Zəhra, oğlu Əli yaşayır. Evin qapısını açıb içəriyə girəndə hər yerdən hərbçi, ata, sevgili Rusifin şəkilləri boylanır. Rusifin ruhu bu evə hakimdir.
Mahruh deyir ki, 2011-ci ildə qızlarının hələ dünyaya gəlməsinə az qalmış yaşadıqları evin hər yerini şarla, şəkillərlə bəzəyirlər. Zəhranı doğum evindən evə gətirərkən, atası çox xoşbəxt anlar yaşadır ailəsinə. Sonra 2012-ci ildə Əli doğulur. Və gənc ailə gələcək planlarını qurur.
Mahruh Ağayeva:
- Mən Rusiflə 8 il birlikdə ömür sürdüm. Lakin bu 8 il mənim 80 ilimə bəs edəcək qədərdir. Əgər mənə desələr ki, yenidən dünyaya gəlsən və bilsən ki, Rusif şəhid olub, səni çətinliklər içərisində qoyacaq, seçim et, yenə də onu seçərdim. Rusifi tanımadan getmişdim. Ancaq Tanrı qarşıma elə bir səadət çıxarmışdı ki... bəlkə də öz xoşbəxtliyimə öz gözüm dəydi. Bizim birlikdə keçirdiyimiz hər günümüz bayram idi. Rusif həm Quru, həm də Hərbi Dəniz qüvvələrində xidmət edib. Rumıniyada, Amerikada, Türkiyədə təlimlərdə olub.
2015-ci ildə qızıma doğum günü şənliyi keçirdi, oğlumuza isə kiçik toy elədi. Nə yaxşı ki, o şən günlərimiz oldu. İndi xatırlamağa daha bir səbəb var. Məni də övladı kimi istəyirdi.
Allaha çox bağlı insan idi. İnsanlara yardım etmək haqda fikirləşirdi. O bir dəfə də olsun, işin söhbətini evə gətirmədi. Nə vaxt soruşardım ki, hara getmişdiniz, deyərdi ki, “Şamaxıya”. Mən də deyirdim ki, “bu təlimlərinizi niyə ancaq Şamaxıda keçirsiniz...”.
Ona işi haqqında sual verəndə xoşlanmazdı. Mənə demişdi ki, heç vaxt işini soruşmayım: “Əgər mənimlə ailə qurmaq haqqında qərar vermisənsə, işim haqaında sual etməyəcəksən. Mən bir gün gələrəm, bir gün isə heç qayıtmaya bilərəm... bu həyata öyrəş...”.
Şaxta baba kimi bütün arzularımı həyata keçirirdi. Biz çox xoşbəxt idik. Ailəsinə sadiq bir kişi idi. Bizimlə vaxt keçirməyi özünə qazanc bilirdi. Hara gedirdisə, məni gəlincik kimi maşınında yanında əyləşdirirdi. Mənsiz bir addım belə atmazdı. Əsas odur ki, məni xoşbəxt ana və xoşbəxt qadın edib.
Bu günlərdə Əli ilə “28 Mall” ticarət mərkəzinə getmişdik. Qapıdan içəri girəndə, Əli mənə dedi ki, “ana, biz bura kiminilə gəlmişdik?!”. Uşaqlar onu unuda bilmirlər. Hər gün ataları ilə keçirdikləri o xoşbəxt günləri xatırlayırlar. Rusif “28 Mall”a sonuncu dəfə “Sevgililər günü”ndə aparmışdı bizi. Bütün bayramları bizimlə fərqli keçirərdi.
Sonuncu dəfə mart ayının 28-də dedi ki, təlimləri başlayır. Bizi rayona yola salmaq üçün avtovağzala gətirdi. Oturduq avtobusda, görüşüb getdi, nə fikirləşdisə, bir də qayıdıb görüşdü bizimlə.
Aprelin 1-dən 2-nə keçən gecə mənə SMS yazdı ki, gedir, Soruşdum hara gedirsən, yazdı ki, “hara gedəcəyəmsə ora, özündən, uşaqlardan muğayat ol”. Əlinə fürsət düşən kimi mənimlə danışırdı. Sonra mən eşitdim ki, döyüşdədirlər.
Ayın 3-də yenə SMS yazdı ki, “səni çox sevirəm, məni heç vaxt unutma... bildin...”. Mən haradan bilim ki, o, ölümün üstünə getdiyindən bu sözləri yazıb.
Aprelin 5-də isə qardaşı Rasifə yazıb ki, “şər deməsən xeyir gəlməz, mənə nəsə olsa, Mahruha və uşaqlara mən baxan kimi baxarsınız, ataya əmanət...”.
Ön cəbhədən xəbərlər alırdıq. Rusiflə tez-tez əlaqə yarada bilirdik. Bir də aprelin 6-da səhər tezdən mənə SMS yazdı ki, narahat olmayım. Günorta 2-yə 15 dəqiqə almış uşaqlarla danışdı, Zəhra özlüyündə küsdü ondan, dedi ki, “ata tez gəl də, axı səni görmək istəyirəm”.
Uşaqlarla deyib-gülüb danışdılar. Bu bizim Rusiflə son danışığımız oldu.
Hardasa günorta radələrində duman dağlardan çəkiləndən sonra, erməni snayperi Rusifi və onun yanındakı dostu Yaşar Ağayevi vurmuşdu. Yaşar Allaha şükür, sağaldı, Rusif isə iki ağır yara aldığından, elə dayandığı yüksəklikdə, ermənilərdən azad etdikləri mövqedə bu dünyayla əbədi vidalaşdı.
7-si apreldə səhərəyaxın qaynım mənə zəng vurdu. Anamgildəydim. Dedi ki, qaynanam xəstədir. Durub oturdum yerimin içərisində, onsuz da bütün gecəni yatmamışdım. Ürəyimdə fikirləşdim ki, birdən Rusifə nəsə olar. Bu haqda bacıma da dedim.
Sonra qaynım gəldi, onun maşını ilə Lənkərana gəldik. Həyətimizdə qələbəlik idi. O andan bütün növrağım pozuldu.
Gənc bir qadın ikən şəkər xəstəliyinə düçar oldum. Uşaqlar məndən tez-tez soruşurlar ki, “ata nə zaman gələcək?”. Uşaqlar bir-birinə təsəlli verirlər, atalarını gözləyirlər. Onlar üçün ölüm, yoxluq adında bir anlayış yoxdur. Birdən görürsən Zəhra özlüyündə küsür məndən, deyir ki, gedəcək atasının yanına. Keçən dəfə qohumlardan biri xətrimə dəymişdi, qızım o adamı ikinci dəfə görəndə görüşmədi. Dedi ki, atası gələndə ona şikayət edəcək...
Rusifin mənə, Vətənə əmanət qoyub getdiyi balaları yaşatmaq, onun adına layiq böyütmək üçün yaşamaq lazımdır...
Aida Eyvazlı

Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |