Şrift:
Güneyli milli fəal Davud Şirinin məhkəmə iclası keçirilib
13.06.2012 [12:16] - Güney Azərbaycan xəbərləri
1-ci gün Təbrizin inqilab məhkəməsinin 2-ci şöbəsində azərbaycanlı fəal Davud Şirinin məhkəmə iclası keçirilib.Şiri, vəkili Mehdi Cəfərzadə ilə birlikdə “sistemin əleyhinə təbliğ” ittihamından özünü müdafiə edib.Qeyd etdiyimiz ittihama səbəb, Şirinin 2011-ci il aprelin 2-də (1390-cı il fərvərdinin 13-də) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşünə qatılmasıdır.Xatırladaq ki, ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) adını çəkdiyimiz azərbaycanlı fəala qarşı təzyiqləri olduqca çox olub. Keçən aylarda ETTELAAT məmurları onun evinə zorla daxil olub və evdə axtarış aparıblar.
Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed