13.06.2012 [12:22] - Siyasət
40 gün keçməsinə baxmayaraq, İranda saxlanılan azərbaycanlı şairlərdən xəbər yoxdur.İranda keçirilən şeir müsabiqəsində iştirak etmək üçün bu ölkəyə gedən Şəhriyar Hacızadə və Fərid Hüseyn geri qayıdarkən saxlanılıblar. Ancaq onların saxlanılması ilə bağlı Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. İyunun (June) 7-də növbəti dəfə valideynləri ilə danışan şairlər vəziyyətlərinin yaxşı olduğunu deyiblər. Ötən gün “Yeni mesavat”a danışan Şəhriyar Hacızadənin atası Mail Hacızadə oğlunun 40 gün İranda saxlanılmasının onları təlaşlandırdığını dedi. M.Hacızadə Azərbaycan XİN-in (xarici işlər nazirliyi) şairlərin geri qaytarılması ilə bağlı cəhdlərinin uğurlu olacağına inandığını, eyni zamanda İran ali dini liderinə müraciət etməyə hazırlaşdığını bildirdi. Qeyd edək ki, ötən həftə QMİ (Qafqaz Müsəlmanlar İdarəsi) sədri Hacı Allahşükür Paşazadə də İran rəhbərliyinə müraciət edərək iki şairi azad etməyə çağırıb.
Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev vətəndaşlarımızın geri qaytarılması üçün cəhdlərini davam etdirdiyini deyir. Onun sözlərinə görə, İran tərəfi rəsmi müraciətlərə cavab verməsə də, rəsmi təmaslar davam edir. E.Abdullayev bildirdi ki, artıq azərbaycanlılar üçün İrana səfər etmək təhlükəli hala çevrilib: “Azərbaycan öz vətəndaşlarının hüquqlarının müdafiəsinə sonadək davam edəcək. Ancaq təəssüflər olsun ki, vəziyyət elə məqama gəlib ki, Azərbaycan vətəndaşları üçün İrana səfər etmək heç də təhlükəsiz deyil. Belə görünür, İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda yoxa çıxması ehtimalı var. Azərbaycan tərəfinə həmin şəxslərin tutulub-tutulmaması ilə bağlı hətta məlumat da verilmir. Amma biz səylərimizi davam etdiririk”.
E.Abdullayev deyir ki, Azərbaycan iki dəfə İrana şairlərin taleyi ilə bağlı nota verib, rəsmi müraciətlər olub. XİN sözçüsü deyir ki, Azərbaycan bu istiqamətdə səylərini beynəlxalq qanunvericilik səviyyəsində davam etdirəcək: “Vyana Konvensiyasına əsasən hansısa ölkədə xarici ölkə vətəndaşı saxlanıldıqda və ya başına iş gəldikdə onların mənsub olduqları ölkəyə məlumat verilməlidir. Ancaq göründüyü kimi, ötən müddətdə İran tərəfi beynəlxalq qanunvericiliyi pozaraq bu barədə məlumat vermir”.
O ki qaldı şairlərin viza qaydalarını pozmaları ilə bağlı iddialara, E.Abdullayev İrana gedən Azərbaycan vətəndaşları üçün vizalar ləğv olunduğundan viza qaydası ittihamının doğru olmadığını dedi: “Hətta hansısa qanun pozuntusu varsa, həmin vətəndaşın hüquqlarını müdafiə edən Azərbaycan diplomatik nümayəndəliyi var, bu barədə həmin nümayəndəliyə məlumat verilməlidir. Amma gördüyünüz kimi, bu baş vermir. Bütün bunlara baxmayaraq cəhdlər davam etdiriləcək, çünki bizim üçün vətəndaşlarımızın hüququ hər şeydən üstündür. Bu bizim üçün prioritetdir (öncəlikdir)”.

Bu xəbər oxucular tərəfindən 1525 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |