Şrift:
Vüqar Abbasov: ”Bu İran və Rusiyanın Ermənistan tərəfdən bizə mesajı ola bilər”- Müsahibə
13.06.2012 [13:00] - Müsahibə
Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov.



- Vüqar bəy, Qarabağda vəziyyət gərginləşib. Sizcə,müharibə gözlənilirmi?

- Müharibənin olacağına inanmıram, ən azından yaxın zamanlarda. Müharibəni başlamağa daha çox bizim haqqımız var. Ancaq təbii ki, müharibəni başlamazdan öncə bir çox məsələlər diqətə alınmalıdır. Bu qərarı vermək asan deyil. Ancaq müharibənin olmasını nə qədər istəməsək belə, gələcəkdə ola bilsin ki, müharibə qaçılmaz olsun. Bilirsiniz ki, neçə illərdir ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun səfərləri turist səfərlərindən heç bir şeylə fərqlənmir. Açığı bu gedişlə mən ədalətli sülhə, yani işğal olunmuş ərazilərimizin geri qaytarılacağına inanmıram. Qarabağda vəziyyətin gərginləşməyinə gəlincə, cəbhə xəttində atəşkəs vaxtaşırı pozulur.

- Rusiyanın Dağlıq Qarabağda baş verə biləcək hadisələrə birbaşa təsir etməsi mümkündürmü?

- Kimsəyə sirr deyil ki, Rusiya Ermənistan üzərində ağalıq edir. Ermənistan hər vaxt Rusiyanın dediyi ilə hərəkət edib, indi isə qismən də İranın. Ermənistan iqtisadiyyatının əsas hissəsi Rusiyanın və müəyyən qədər də İranın aslılığındadır. Ona görə də düşünürəm ki, Qarabağda baş verən bütün hadisələrdə, ermənilərin atdığı və atacağı bir çox addımlar sözü gedən ölkələrlə bilavasitə bağlıdır.

- Nə üçün birdən cəbhə vəziyyət gərginləşdi. Əgər, bu Klintonun səfəri ilə əlaqələdirsə, bunu edənlər nə demək istəyirlər?

- Dediyim kimi, cəbhə xəttində atəşkəs vaxtaşırı pozulur. Bu dəfə isə xanım Klintonun səfəri ilə eyni vaxta düşdü. Bu İranın da Ermənistan tərəfdən bizə mesajı ola bilər, Rusiyanın da. Birmənalı demək olmaz ki, daha çox kimin marağındadır. Qeyd etdiyim kimi, Ermənistan hər iki dövlətin müttəfiqi, Amerika isə hər iki dövlətin, yumşaq desək, heç də xoş münasibəti olmayan dövlətdir. Buna görə də burda Ermənistan, Rusiya və İranın bütün maraqları üst-üstə düşür. Həmən vaxt yaranan gərginlik bununla da bağlı ola bilərdi.



Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed