Şrift:
Azərbaycan şirkəti Qazaxıstan bazarında fəaliyyətini genişləndirir
29.12.2017 [10:18] - Türk dünyası-Turan
Azərbaycanda fəaliyyət göstərən neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri - “Global Energy Solutions” (“Glensol”) şirkəti bu ay Qazaxıstanda biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzi açıb.
Yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla, ümumilikdə, 2 000 kv. metr sahəni əhatə edir.
Aktaudakı müəssisə Şirkətə bölgədəki müştərilərə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlətməyə imkan verəcək.
“Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq “Glensol” şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik", - “Glensol” şirkətinin baş direktoru T.Əliyev bildirib.
Qeyd edək ki, 2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed