Şrift:
Daşnak liderdən sərsəm iddia: “Türkiyə 6 vilayətin idarəçiliyini Ermənistana versin”
13.06.2012 [13:12] - Gündəm
Türkiyənin “Vatan” qəzetinin əməkdaşı Uğur Koçbaş Ermənistanın Daşnaksütyun Partiyasının xarici əlaqələr müşaviri Kiro Manoyandan müsahibə alıb. Partiya rəsmisi müsahibə zamanı bildirib ki, Türkiyə ilə münasibətlərin qurulmasına müsbət yanaşırlar.
K.Manoyan bu münasibətlərin qurulmasından sonra gələcək tələblərini də açıqlamaqdan çəkinməyib: “Türkiyə “soyqırımı”nı tanısın, öldürülən ermənilər üçün təzminat ödəsin, erməni əhalinin sıx yaşadığı 6 vilayətin idarəçiliyini Ermənistana versin”.
Qeyd edək ki, “Vilayət-i Sitte” olaraq tanınan 6 vilayət bugünkü coğrafi sərhədlərə bölünəndə Ərzurum, Ərzincan, Ağrı, Van, Hakkari, Bitlis, Muş, Şırnak, Batman, Siirt, Diyarbakır, Mardin, Malatya, Bingöl, Sivas, Amasya, Tokat və Giresunun bir hissəsini əhatə edir.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed