Şrift:
İran atom sualtı qayığının tikintisinə başlayıb
13.06.2012 [13:17] - Güney Azərbaycan xəbərləri
Nüvə proqramı ilə bağlı problemi həll olunmayan Tehran hakimiyyəti yeni bir iddia ilə çıxış edib. İran İslam Respublikası ilk sualtı atom qayığının tikintisinə başlayıb. Məlumatı ölkə KİV-ə Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Abbas Zamani verib.

Admiral müsahibəsində deyib ki, bu layihə başlanğıc mərhələdədir: “Biz dinc məqsədli nüvə proqramımızı inkişaf etdirməklə yanaşı, hərbi hücumları dəf etmək üçün ağır atom sualtı qayığı da tikmək hüququmuz var”.
Bu xəbər oxucular tərəfindən 1775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed