29.12.2017 [10:34] - Türk dünyası-Turan
Ölkəmizin Aktau şəhərindəki baş konsulluğu tərəfindən bu şəhərin Abay adına Mədəniyyət mərkəzinin konsert salonunda Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Manqistau vilayət hakimi Yerali Tukjanov, vilayət və şəhər hakimliyinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Manqistau vilayət hakimi Yerali Tukjanov Azərbaycan-Qazaxıstan tarixi əlaqələrindən, ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivlərindən danışıb.
Ölkəmizin Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov əsası ümummilli lider Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev ilə Prezident Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan əlaqələrinin 25 illiyi, həmçinin Aktau şəhərində baş konsulluğun 10 illik fəaliyyəti ilə bağlı görülən işlərdən danışıb.
Sonra tədbir bədii proqramla davam etdirilib.
Müğənni Roza Zərgərli “Bakı” instrumental ansamblın müşayiəti ilə solo konsertlə çıxış edib. Konsert proqramında, həmçinin gənc müğənnilər Yaşar Yusubun, Nicat Rəhimovun, Ramil Cəfərovun ifaları dinlənilib. Konsertdə Azərbaycan bəstəkarlarının mahnıları ilə yanaşı, qazax və rus mahnıları da ifa olunub.
Tədbir Qazaxıstanın yerli və mərkəzi televiziya kanallarında və mətbuatda işıqlandırılıb.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |