Şrift:
Həbsdə olan Güneyli milli fəal Səid Mətinpur təknəfərlik kameraya köçürülüb
13.06.2012 [14:00] - Güney Azərbaycan xəbərləri
Hazirda Tehranın “evin” zindanında saxlanılan azərbaycanlı tanınmış jurnalist, insan haqları fəalı Səid Mətinpur təknəfərlik kameraya köçürülüb.İyunun 11-də bir il öncə aclıq aksiyası nəticəsində dünyasını dəyişən Hoda Sabirin ildönümü mərasimi hücuma məruz qalır. Belə ki, xüsusi təhlükəsizlik qüvvələri zindanın 350-ci bölümünə hücum edərək, Səid Mətinpur, Bəhmən Əhmədi, Səid Cəlalifər, Fərşad Qurbanpur, Arəş Səqər, və Cavad Əlixanini təknəfərlik kameraya intiqal ediblər.Başqa məlumata əsasən, Bəhmən Əhmədi gece saat 01 radələrində Kərəc şəhərinin Rəcayi karantininə və dünən saat 10 radələrində siyasi məhbusların bölümünə intiqal edilib.Qeyd edək ki, tanınmış azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur 2008-ci ildən “evin” zindanında saxlanlır. O, 8 il həbsə məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed