Şrift:
Təzyiq dərmanlarını(anrihipertenziv preparatları) dayandırmaq olmaz!!
30.12.2017 [09:06] - Gündəm, Sağlıq
Sistolik arterial təzyiqin 140 mm.c,s. Diastolik arterial təzyiqin 90 mm,c.s-dan yüksək olması Hipertoniya xəstəliyi hesab olunur,Lakin aşağıdakı şərtlər nəzərə alınmaqla:
1)arterial təzyiq müxtəlif vaxtlarda, sakit şəraitdə, ən azı üç dəfə ölçülməlidir;
2) həmin müddətdə xəstə AT-yə təsir göstərən dərman vasitəsi qəbul etməməlidir.
Əgər sizə Hipertoniya xəstəliyi yani təzyiq xəstəliyi diaqnozu qoyulubsa,həkiminiz tərəfindən təzyiq dərmanları da (antihipertenziv) təyin olunub sizə.Hipertoniyada istifadə olunan dərmanlar 5 qrupdu.Bu qruplardan 3-ü hipertoniyalı xəstələrin ömrünə müsbət təsiri sübüt olunub.Əgər siz artıq Hipertoniya xəstəsisinizsə,bu dərmanları kəsmək olmaz,Çox xəstələrə psixoloji təsir edir ki "mən dərmandan asılı qalmaq istəmirəm,bu gün təzyiqim yoxdu,dərman icmirəm.filankəs limonla təzyiqini salır və s."Təzyiq dərmanları kiçik ölçüdə,kəskin dadı olmayan,rahatlıqla qəbul olunacaq preparatlardı.Bele xəstələr bilmirlər ki heç bir türkə çarə bu preparatları əvəz eləməz.Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrində də göstərilir ki,Hipertoniyalı xəstələr təzyiq dərmanlarını (antihipertenziv) kəsməməlidir.Çünki dərman qəbulunu dayandırmış xəstələrdə nəticəsi əliliyə,hətta ölümə qədər gəlib çıxa biləcək ağırlaşmalar ola bilər.Öz şəxsi praktikamdan deyirəm ki,gecə növbələrində bir çox infarkt,insult,hipertonik böhran,hipertonik kriz diaqnozu ilə xəstələr qəbul olunurdu.Ən çox da Qurban bayraminda.Yagin səbəbini bildiz?!Bu xəstələrdən anamnez toplayarkən məlum olurdu ki, 90 %-i Hipertoniya xəstəsidir və qəbul elədiyi təzyiq dərmanını(antihipertenziv) uzun müddətdir ki dayandırıb.Belə bəziyyət artıq hədəf orqanları yani ürəyi,beyni və ya böyrəyi zədələnmiş xəstələrin yaşama müddətinədə mənfi təsir edir.Belə hallar bir daha sübüt edir ki,təzyiq xəstələri mütəmadi olaraq həkimləri tərəfindən təyin edilmiş antihipertenziv preparataları qəbul etməlidir.Təzyiq normal hüdüdlarda olsa belə həkimlərinin məsləhəti ilə kiçik dozada olsa belə gündəlik qəbul edilməlidir.Xahiş edirem əgər Təzyiq xəstəsisinizsə, həkiminizin təyin eydiyi və təzyiqinizi normada saxlayan preparatları dayandırmayın!
Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed