13.06.2012 [14:34] - Güney Azərbaycan xəbərləri
İranın Narkotik Maddələrə Qarşı Mübarizə Qərargahının rəis müavini Həmid Saremi iyunun 12-də jurnalistlərə açıqlama verib.
Həmid Saremi deyib ki, ölkədə narkotik maddələrdən istifadə edənlərin aşağı yaşı 23-dən 15-ə enib: “Hazırda ölkədə 2 milyon nəfər narkoman var. Bu şəxslərin 60 faizi evlidir və onların hər birinin beş-altı uşaq sahibi olmasını nəzərə alsaq, 12 milyon vətəndaş birbaşa narkomaniya təhlükəsi ilə üz-üzə qalıb. Bu isə böyük ictimai bir problem və təhdiddir.
Bu günə qədər bizim narkomaniya və digər ictimai problemlərlə bağlı siyasətimiz belə olub ki, bu problemlərdən danışanda ya onu inkar etmişik, ya susmuşuq, ya da cəmiyyətimizdə belə bir şeyin olduğunu rədd etmişik. Halbuki biz bu kimi ictimai problemlərə real bir mövqe ilə yanaşmalı, onun həllinə çalışmalı, hərəkət istiqamətini müəyyənləşdirməli və yayılmasının qarşısını almaq üçün onu nəzarətdə saxlamalıyıq”.

Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |