Şrift:
Nigeriyada məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb
04.01.2018 [10:25] - Hadisə
Bu gün Nigeriyanın şimal-şərqində məscidə terror hücumu nəticəsində azı 11 nəfər həyatını itirib.
Bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.
"Terrorçu-kamikadze Borno ştatının Qamboru şəhərindəki məsciddə qılınan sübh namazı vaxtı içəri keçib. Mən namaza gedərkən məscidin içində güclü partlayş səsi eşitdim", - deyə zərərçəkənlərə yardım göstərən hadisə şahidlərindən biri agentliyə bildirib.
"Məscid dağıdılıb və yandırılıb. Biz bir neçə saat sonra insanları təxliyyə etmək üçün gələndə 11 nəfərin, terrorçu ilə birgə isə 12 nəfərin meyitini aşkar etdik", - deyə o əlavə edib.
Nigeriya ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed