Şrift:
Ərdoğan: Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan yorulub
06.01.2018 [10:34] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə 54 ildir ki, Avropa İttifaqının qapıları yanında gözləyir. Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar Türkiyə xalqını çox yorub.

Bu fikirləri yanvarın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə fransalı həmkarı Emmanuel Makronla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Ola bilsin ki, bizi müəyyən addım atmağa məcbur etmək istəyirlər. Çünki Ankara respublikanın Avropa İttifaqına qəbul olunmasını daim xahiş etməyə hazırlaşmır”, - deyə Ərdoğan qeyd edib.

Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı danışıqlar prosesi 2005-ci il oktyabrın 3-də başlayıb. Türkiyə Avropa Komissiyası ilə danışıqların uğurla nəticələnməsi üçün irəli sürülən 35 şərtdən 33-nü yerinə yetirməlidir. Yalnız bundan sonra üzv dövlətlər onun Aİ üzvlüyünə qəbul olunmasına yekdilliklə səs verməlidirlər.

Ötən il iyulun 6-da Avropa Parlamenti Aİ-ni və Avropa Komissiyasını Türkiyə hakimiyyət orqanları konstitusiya islahatlarına dəyişikliklər etməyənədək bu ölkə ilə üzvlüyə dair danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed