Şrift:
ABŞ-dakı neft quyularının sayı azalır
06.01.2018 [10:43] - Gündəm, Bildiriş
ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 742 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı ardıcıl 2 həftə dəyişmədikdən sonra yenidən azalmağa başlayıb. Ötən ilin eyni dövründə isə ABŞ-da 529 neft quyusu fəaliyyətdə olub.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə dəyişməyərək 182 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 5 ədəd azalaraq ümumilikdə 924 ədəd təşkil edib.

2017-ci ildə ABŞ-da aktiv neft-qaz quyularının sayı ümumilikdə 259 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed