Şrift:
Türkiyə İran neftinın alışını azaldacaq
14.06.2012 [11:18] - Güney Azərbaycan xəbərləri
ABŞ-ın Türkiyəni İranla əməkdaşlıq etdiyi halda sanksiyalardan azad etməsinə baxmayaraq, rəsmi Ankara İran neftinin alınmasını azaltmaq niyyətindədir. Türkiyə İran neftini Liviya və Səudiyyə Ərəbistanı nefti ilə əvəz etməyi planlaşdırır. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib."Biz Liviya ilə bir milyon ton neftin alınması haqqında razılığa gəldik. Həmçinin, Səudiyyə Ərəbistanı ilə neftin spot satın alınması haqqında danışıqlar aparılır. Əgər ər-Riyad ilə danışıqlar uğurla keçsə, biz bu ölkədən neftin alınmasını artıracağıq", - o deyib.
İranla əməkdaşlıq səviyyəsinin azaldılması səbəbindən ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ləğv etməsi məsələsinə toxunan Yıldız qeyd edib ki, Türkiyə üçün ABŞ-ın qərarının heç bir hüquqi əsası yoxdur və ölkə müstəqil enerji siyasəti yürüdür.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed