Şrift:
Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçilərinin Böyük Britaniyaya səfəri ilə bağlı məlumatı araşdırır
14.06.2012 [11:34] - Xəbərlər
Azərbaycan Xarici İşlər Nazirliyi qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndə heyətinin Londona səfəri ilə bağlı Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində yayılmış informasiyaları araşdırır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu məlumatı araşdırmaq üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə müvafiq göstərişlər verilib.
Xatırladaq ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələri qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndə heyətinin Londona səfər etdiyi, Lordlar Palatasında görüşlər keçirdiyi, Böyük Britaniya-Ermənistan dostluq qrupunun ənənəvi illik toplantısında iştirak etdiyi barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed