14.06.2012 [11:55] - Güney Azərbaycan xəbərləri
İran BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət 5+1 ölkələriylə Moskvada aparılacaq müzakirələrin uğurlu keçməsinin əməkdaşlıq və konstruktiv yanaşmadan asılı olduğunu bəyan edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst həftəlik mətbuat konfransında iyunun 18-19-da Moskvada keçiriləcək müzakirələrlə bağlı açıqlama verib.İranın müzakirələrə tam hazır olduğunu deyən Mehmanpərəst Bağdaddakı danışıqlarda tərəflərin irəli sürdüyü təkliflərin Moskva görüşündən əvvəl müzakirə olunacağına ümid etdiklərini deyib.
Müzakirələrin davamıyla bağlı Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Sazişinin müddəalarının əsas götürüldüyünü bildirən Mehmanpərəst qeyd edib ki, sözügedən sənəd tərəfdaş ölkələrin üzərinə öhdəliklər qoymaqla yanaşı, onlara haqlar da verir.
Sözçü İranın nüvə enerjisi əldə etmək haqqının rəsmən tanınmasının və qarşı tərəfin həll istiqamətindəki ciddi davranışının Moskvadakı müzakirələrin uğurlu keçməsində rol oynayacağını vurğulayıb.
Mehmanpərəst Moskvadakı müzakirələrin çərçivəsinin və məzmununun müəyyənləşməsi üçün görüşdən əvvəl işçi qrupun görüşünün gözlənildiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |