Şrift:
Bakıda İrana məxsus gəmi yandı
14.06.2012 [12:09] - Hadisə
Bakıya yük gətirən İrana məxsus gəmi yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda Suraxanı rayonunda limanda İran İslam Cümhuriyytətinə məxsus “Niloufar Abi” gəmisinin yük hissəsində “Baku Steel Company” MMC üçün gətirilmiş, təxminən, 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanır.

Nazirlikdən bildirilib ki, yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerinə cəlb olunublar.

“Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün tədbirlər görülür. Söndürülmə işləri davam edir” – deyə, məlumatda bildirilir.

Yanğının hansı səbəbdən çıxdığı bilinmir. Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed