Şrift:
Dul qadınlar Hitlerə niyə səs vermək istəmirdilər? – Adolfun arxivindən tapılan maraqlı məktub
09.01.2018 [10:32] - Gündəm, DAVAMın yazıları
Adolf Hitler siyasi səhnəyə çıxdığı gündən daim xalqı ilə təmasda olub. Seçki öncəsi vədləri və təbliğat kampaniyasında ölkəsi və xalqı üçün vəd etdikləri vaxt ona inananlarla yanaşı, etibar etməyənmlər də vardı. Bu isə partiyanın sıravi üzvlərini narahat edir və bu xırda çatışmazlıqları aradan qaldırmaq və seçicilərin əksəriyyətinin səsini qazanmaq üçün partiyanın liderinə məktubla müraciət edirdilər. Belə məktublardan birini də oğlanlarının təsiri ilə nasyonal sosialist olan xanım Luise Gramer 1932-ci il iyunun 7-də yazır. Enter.News almaniyalı elm adamı Henrik Eberlenin araşdırmalarından əldə etdiyi həmin məktubu təqdim edir:

“Sayğıdəyər Hitler!

Üç oğlumun təsiri ilə mən də nasyonal sosialist oldum. Qarşıdan gələn seçkilər üçün indidən təbliğata belə başladım. Bu məktubumda icazənizlə niyə qadınların çoxunun NSDAP-a üzv olmamalarının səbəbini açıqlamaq istəyirəm. Onlar: “Səsimizi Hitlerə ona görə vermirik ki, əgər o seçilərsə yenidən inflyasiya ola bilər. Dar gün üçün yığdıqlarımızı da itirərsək o zaman nə edərik?” deyirlər. Buna bənzər suallarla tez-tez rastlaşıram. Başqa bir qadın da xəstə oğlunun müalicəsi üçün çətinliklə də olsa 100 mark topladığını və gözünü dul qadınların və yetimlərin yığdıqlarına tikən adama necə səs verə biləcəklərini soruşur. Məncə buradakı seçki təbliğatı zamanı və seçki öncəsi çıxışlarda seçicilərə dar günü üçün qənat edib yığdıqlarını itirməyəcəklərinə dair qarantiyanın verilməsi doğru olardı.

İnflyasiya son günlərdə xalqın qorxulu yuxusu olduğuna görə, bu yöndə təbliğat aparılarsa bu ciddi anlamda seçkidə işi asanlaşdırar.

“Hail Hitler” salamıyla bayan Luise Gramer”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed