Şrift:
Üzü cavan saxlamağın ucuz və təhlükəsiz YOLU
10.01.2018 [10:17] - Sağlıq
ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar.

Mütəxəssislərin fikrincə, bunun üçün gün ərzində yarım saat üz gimnastikası yerinə yetirmək kifayətdir.

Bununla bağlı təcrübələr 20 həftə müddətində 40-65 yaş arası qadınlar üzərində aparılıb.

Təcrübə müddətinin əvvəlki həftələrində qadınlar mimika ilə bağlı 32 növ hərəkət yerinə yetirib, daha sonra 30 dəqiqəlik üz gimnastikası edib.
Qeyd olunur ki, bu müddət başa çatdıqdan sonra qadınların üz cizgiləri təcrübədən əvvəlki dövrlə müqayisədə iki yaş daha cavan görünüb.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed