Şrift:
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin 30% artacağı gözlənilir
16.09.2011 [11:30] - Gündəm
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozlar tərtid olunarkən neftin baza qiyməti 1 barel üçün 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına görə, gələn il üçün dövlət büdcəsi xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertlərin həcminin də 2011-ci ildəkindən az olmayacağı bildirilir.

Xatırladaq ki, Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Artıq sentyabrın 21-də Nazirlər Kabinetində büdcə layihəsinin geniş müzakirəsinin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb. Sentyabrın 15-də dünya bazarında Azərbaycan neftinin qiyməti 119,56 dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed