19.10.2011 [11:32] - Hadisə
Respublika Baş Dövlət Yol Polisi İdarəsi bu ilin 9 ayı ərzində Azərbaycanda baş verən yol qəzalarının statistikasını açıqlayıb.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, 2011-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 2237 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 712 nəfər ölüb, 2459 nəfər xəsarət alıb.
Azərbaycan paytaxtında isə 1018 yol qəzası qeydə alınıb, qəzalar nəticəsində 261 nəfər ölüb, 1017 nəfər xəsarət alıb.
K. Əliyev qeyd edib ki, Respublika ərazisində baş verən yol qəzalarının 38 faizi piyadaların vurulması ilə bağlı olub. Qeydə alınan 847 qəzada 266 piyada ölüb, 645 nəfər xəsarət alıb.

Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |