11.01.2018 [10:45] - Xəbərlər, DAVAMın yazıları
Bir müddət öncə Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikzadə Zərdabi Azərbaycan Cümhuriyyətinin Maarif nazirinə 16 avqust 1919-cu il tarixində məktubyazaraq İstanbulda konsulluqda çalışan oğlu Səffət bəyin oxuması üçün xaricə göndərilməsini xahiş etəsi barəsində olan məktubu yayınlamışdıq. Məlumdur ki, Cumhuriyyət hökuməti xaricə oxumaq üçün göndərdiyi tələbələrin sırasına Zərdabinin oğlunun adını salmır. Üstündən bir neçə il keçdikdən sonra İstanbuldan Bakıya qayıdan Səffət bəy təhsilini xaricdə davam etdirmək üçün 1921-ci il fevralın 7-də Azərbaycan SSR Xalq Maarif komissarı Dadaş Bünyadzadəyə məkub yazır. Enter.News zərdabişünas Eldəniz Həsənovun araşdırmalarından əldə etdiyi həmin ərizə-məktubu təqdim edir:
“Xalq Maarif komissarına Arxitektura tələbəsi Səffət Həsən oğlu Məlikovdan
Ərizə
Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı.
Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi təhsilimi başa çatdırmaq üçün məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə, təhsilimi başa vurmağa mane oldu.
Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə, mən öz əqidəmə görə siyasi baxımdan “etibarsız” element hesab olundum. İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə il yarım-iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən hazırda arxitektor-mütəxəssis kimi geri qayıdacağam. Axı Azərbaycan Sovet hökuməti Dağıstan inqilab komitəsinin müraciətinə əsasən bir dağıstanlı ali təhsil almaq məqsədilə xarici ölkəyə ezam edilirsə, elə düşünürəm ki, bu hökumət əvvəllər də öz vəsaiti ilə oxumaq imkanına malik olmadan, şəhər idarəsinin təqaüdündən istifadə edən, tədris başçılarının yaxşı rəy verdikləri azərbaycanlı gəncə də kömək göstərəcəkdir.
Məktubuma Bakı Şəhər İdarəsi yanında məktəb komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə edirəm.
Yoldaş komissar! Sizdən bir daha xahiş edirəm ki, ali təhsilimi Almaniyada başa çatdırmaq üçün ezam olunmağıma hərtərəfli köməyinizi əsirgəməyəsiniz.
7 fevral 1921-ci il, Bakı Şəhəri.”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |