14.06.2012 [17:37] - Güney Azərbaycan xəbərləri
İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Əmir Abdullahiyanın Səudiyyə Ərəbistana səfəri ləğv olunub. “Mehr” xəbər agentliyinin məlumatına görə, buna səbəb narkotik maddələrin satışında və qaçaqmalçılığında və digər cinayətlərdə günahlandırılan 8 nəfərdən çox İran vətəndaşının Səudiyyə Ərəbistanında edam edilməsidir. H. Abdullahiyanın məhz Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəlin dəvəti ilə iyunun 13-də bu ölkəyə səfər etməli idi.
Qeyd edək ki, bir müddət əvvəl S. əl-Feysəl iranlı həmkarı Əli Əkbər Salehiyə həmin şəxslərin edam olunmayacağına dair söz verib. İyunun 11-də isə bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanının Tehrandakı müvəqqəti işlər vəkili Həsən Zeyd İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |