Şrift:
Alimlər Altsheymer xəstəliyinin yeni müalicə üsulunu açıqlayıblar
12.01.2018 [10:28] - Sağlıq
İnsanların çoxu yaşa dolanda Altsheymer xəstəliyinə tutulur. Bu problemi aradan qaldırmaq üçün indiyədək universal və effektiv dərman tapılmayıb. Lakin ABŞ alimləri bildiriblər ki, xəstəliyin müalicəsində J147 preparatından istifadə etmək olar.

Solk Bioloji Tədqiqatlar İnstitutu alimlərinin fikrincə, J147 preparatı “hüceyrə saatını” geri çəkə və digər qocalıq xəstəliklərinə qarşı mübarizə apara bilər. Preparat 2011-ci ildə yaradılıb. Ekspertlər preparatın yaddaşı yaxşılaşdırmasını kliniki sınaqlar vasitəsilə sübut ediblər. J147, həmçinin beyni qocalma dəyişikliklərindən qoruyur. Lakin alimlər dərmanın effektivliyinə axıradək əmin deyillər.

Bu sahədə yeni tədqiqat göstərib ki, J147 və ATF zülalı hüceyrələr üçün universal enerji mənbəyidir. Tədqiqatçı Coş Qoldberq deyib: “Bilirik ki, Altsheymer xəstəliyində yaş başlıca amildir. Odur ki, dərman preparatının hədəfini müəyyən etməyimiz təəccüblü deyil. Bu hədəf həm də qocalma prosesində iştirak edir”.

Habelə məlum olub ki, J147 qocalma prosesini və Altsheymer xəstəliyinin yaranmasını ləngidə bilər. Tədqiqatçı Deyv Şubert deyir: “Həmişə hesab edilib ki, Altsheymer, Parkinson və insultdan ötrü ayrıca dərman lazımdır. Lakin ola bilər ki, biz qocalma prosesinə təsir etməklə, yaşla bağlı patoloji durumların çoxunu müalicə edə və ya ləngidə bilərik”.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed