12.01.2018 [10:58] - Xəbərlər, DAVAMın yazıları
Dolmabahçe sarayı… Memarı erməni Qarabed Balyan və oğludur... Əslində mövzumuz ermənilərin Türkiyədə memarı olduqları saraylar deyil. Çünki bununla bağlı xeyli fakt var. Dünən təsadüfən Dolmabahçe sarayına getmişdim. Getmişkən də bir daha ziyarət edim dedim. Bu sarayda bir neçə dəfə olmuşam. Əzəmətli saraydı, ucu-bucağı bilinmir. Saray barədə söhbətlər bir neçə yazıya sığmaz. Çünki hər köşəsində tarix yatır. Bu saray padşahların məskəni olub. Gəzib bitirmək üçün ən azı 3-4 saat vaxt lazımdı. Maraqlı olduğu qədər də gizəmlidir.
Dolmabhçe sarayı 285 otaqdan, 46 salondan, 6 hamamdan, 68 ayaqyolundan ibarətdir. Hər gəlişimdə Mustafa Kamal Atatürkün burdakı yaşamı məni cəlb edir.
Möhtəşəm saraya ziyarət edənlərin səssiz baxışları və səsli addımları ilə irəliləyirik... Bələdçi tez-tez anlatmağa çalışır. Sürətli türkçəsindən bir şeyi anlamasam da, gözümlə gördüklərim və ürəyimlə hiss etdiklərimə güvənirəm. Sarayın çilçıraqlı möhtəşəmliyinin içində sakit və sadə otaqlar... Türkiyənin atası bu sadə otaqlarda son gününü keçirib. Divarlara onun əl izləri və nəfəsi çöküb. Bir də sərt baxışları... Bu saray və otaqlar onun işıqlı dünyadakı son mənzili olub... Sarayda olan bütün saatlar 09.05-i göstərir. Günün hansı saatında burda olsan da, sənin üçün zaman dəyişmir. 09.05 Atatürkün ölüm saatıdır...
Sarayı gəzənlərin ən çox durduğu otaq da elə buradı. Dolmabahçe sarayında dənizə baxan yöndəki dördüncü otaq Atatürkün hayata gözlərini yumduğu məkandır. Bu otaq sultan I Əbdülməcid və daha sonrakı Osmanlı padşahlarının qışlıq yataq otağı olub. Atatürkün yatdığı bürünc işləmli bir yataq, şkaf və dolab var. Onun otağı xalçalar və oturacaqlarla döşənib. Bələdçi israrla şəkil çəkdirmə istəyimizə "yox" cavabı verir. Atatürkün otağında şəkil çəkdirmək və çəkmək qadağandır. Ya onların verdikləri ilə kifayətlənməlisən, ya da rəsmi internet sitələrindən izinli şəkilləri almalısan.
Atatürk xəstələndiyi günlər... 1938-ci ildə bu otağa gətirilib və burda müalicə olunmağa başlayıb. Onun müalicəsi üçün ayrılan dolabın içi dərmanla doludur. Və bu günə qədər də o dolab olduğu kimi saxlanır. Otaqlara baxırıq... Bələdçinin səsi gəlir: “Atamız hətta xəstə yatağında belə, onu ziyarətə gələnləri üzməmiş, onlarla bax bu otaqda görüş keçirib, hətta dövlət məsələlərini müzakirə edib. Bu isə Atatürkün yataq otağı.., qırmızı türk bayrağına bürünüb... Bu iş masasıdır. O son anına qədər yazıb, çalışıb... Bura hamamı...”.
Bələdçi deyir ki, Mustafa Kamal Atatürk bu sarayda cəmi 4 il yaşayıb. 1927-ci il iyulun 1-də Ankaradan İstanbula köçən Atatürk birbaşa Dolmabahçe sarayına gəlib. Toplantı salonuna ayaq basan Atatürk burda ona hörmətini bildirməyə gələn heyətə titrək səslə müraciət edib: “…Artıq bu saray millətin sarayıdır, mən bura millətin bir fərdi, bir müsafiri olaraq gəlmişəm...”.
Atatürk ölüm üçün məhz əsrlər boyu dövlətin siyasətini müəyyənləşdirən bu sarayı seçmişdi... Noyabrın 11-i saat 09.05-ə qədər...
P.S. Sarayın başqa maraqlı məkanlarında fotoreportaja izin verilir... Novbəti günlərdə təqdim edəcəyik.
Məhsəti Şərif,
Türkiyə

Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |