Şrift:
Avro-2012: İspaniya millisi İrlandiyanı darmadağın etdi
15.06.2012 [11:04] - İdman
Bu gün UEFA futbol üzrə Avropa çempionatı çərçivəsində C qrupunun matçları keçirildi. İspaniya millisi 4:0 hesabı ilə İrlandiya üzərində qələbə qazanıb.
Oyunun 4-cü dəqiqəsində Fernando Torres ispanların birinci qolunu vurdu. 49-cu dəqiqədə Silva hesabı 2:0-a çatdırdı. 70-ci dəqiqədə isə Torres dublu rəsmiləşdirdi. Oyunun 83-cü dəqiqəsində isə Sesk Fabreqas ispanların sonuncu topunu vurdu və hesabı 4:0-a çatdırdı.
Bu qrupun ilk matçında İtaliya və Xorvatiya 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed