15.01.2018 [10:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu, problemə ermənisayaq yanaşma tərzindən başqa bir şey deyil”
Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğlu, Eçmiədzin şəhərinin meri Karen Qriqoryan şəhər əhalisinə xitabən qeyri-adi tələblə çıxış edib. Şəhər meri bildirib ki, bundan sonra dövlətə vergi borcu olan heç bir şəxsin dəfn edilməsinə imkan verilməyəcək. K.Qriqoryan qeyd edib ki, borclu ölüsünün dəfn edilməsini istəyən şəxslər öncə onun borcunu ödəməlidir.
Ermənistanda artıq ölülərin də vergi prosesinə cəlb edilməsi, onların dəfninə belə imkan verilməməsi düşmən ölkədəki sosial-iqtisadi vəziyyətin düşünüldüyündən də ağır olduğunu söyləməyə əsas verirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Ermənistan hakimiyyətinin sosial problemlərə bu cür “ermənisayaq yanaşma”sını təbii qarşıladığını vurğuladı:
“Bu, sosial problemlərin həllinə ermənicə yanaşmadır. Ermənistan hakimiyyətindən bundan daha artıq bir ey gözləmək mümkün də deyil. Bəlkə heç o adamın qohumu yoxdur? Bəlkə kimsəsizdir? Belədirsə, deməli dəfn olunmamalıdır?
Əlbəttə, Ermənistanda iqtisadi-sosial vəziyyət çox pisdir. Lakin bu, həm də insanlara sahib çıxmamaq məsələsidir. Mən bunu eşidəndə təəccblənmədim. Bir müddət bundan öncə Ermənistanın keçmiş baş naziri belə bir fikir bildirmişdi ki, əgər Qarabağ savaşı başlasa və biz görsək ki, uduzuruq, o zaman Metsamor AES-dən atom bombası kimi istifadə edəcək, onu partladacayıq. Ora partlayarsa, təbii ki, ən böyük zərbəni ilk növbədə Ermənistan alacaq. Ermənistan hakimiyyətinin öz əhalisinə münasibəti, ona yanaşma tərzi bundan ibarətdir.
Ermənistan hakimiyyəti öz xalqını elə vəziyyətə salıb ki, ölülərdən də bac-xərac istəyir”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |