15.06.2012 [13:16] - DAVAMın yazıları
Rüfət Əhmədzadə
Rusiyada Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) kimi böyük və çürük bir dövlətin qurucusu olmuş Vladimir İliç Leninin illərdir iy verib Mavzoleyi başına götürən cəsədinin torpağa tapşırılması məsələsi gündəmə gəlib. Daha doğrusu, bu məsələ yenidən qaldırılıb.
Bir vaxtlar sabiq Rusiya prezidenti Yeltsinin dəfələrlə atdığı bu addım, indi də Putin komandası tərəfindən atılmağa çalışır. Amma deyərdim ki, bəlkə də, Putin hakimiyyətinin Sovet kabusundan qurtulmaq naminə etdiyi yeganə müsbət cəhddir.
Hələ də Sovet eyforiyasından qurtulmayan, gündə bir sovetəbənzər layihəylə çıxış edən Rusiyanın bu hadisəyə – Leninin nəşindən qurtulmağa necə hazır olduğunu deyə bilmərəm, amma bu dövlətdə keçirilmiş sosial sorğunun nəticələri əksəriyyətin bu təklifi bəyəndiyini göstərir.
Ümumiyyətlə, oxucumda sual yarana bilər ki, nəyə lazımdır nəşi torpağa basdırmaq və bununla nə dəyişəcək? Mən də sual verərəm ki, bəs nəyə lazımdır bir insanın meyitini eksponat kimi insanlara göstərmək? Gülüncdür, deyilmi? Görün, Rusiya xalqının başı nəyə qarışıb?
Amma bundan da gülüncü var. Azərbaycan kommunistlərinin reaksiyası. Bu günlərdə “Gündəlik Teleqraf” qəzetində bu məsələ ilə bağlı bir məqaləyə rast gəldim. Məqalədə jurnalist kommunist qalıqlarının da fikirlərini öyrənməyə çalışır və Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənovun açıqlaması lap “qəmədiyə” olur: “Leninə sataşan xeyir tapmaz. Yeltsin bu nəşi basdırmaq istəyirdi, amma özü torpağa qarışdı”.
Bah atonnan! Yeltsin torpağa qarışmaqla, Leninin ahınamı tutulmuş oldu? Torpağa qarışmaqda nə var ki? Ya, insnaların dininə, inancına, dəyərlərinə, mülkiyyətinə belə düşmən kəsilmiş bir rejimin banisi hardan bu qədər müqəddəs oldu? Bir azdan deyəcəklər ki, ay Rüfət Əhmədzadə, görüm səni, Lenin babanın cəddi tutsun, nəfəsi boğsun səni.. Dəhşət!
Bu, Azərbaycansayağı kommunizm imiş. Tükənovun açıqlaması bir tanış bir ateistin “Vallah, mən Allaha inanmıram” deməsini xatırlatdı. Hətta yadıma gülünc bir hadisə də düşdü. Bu yaxında “Facebook” dostum olan bir xanımın “info”sunda maraqlı bir məqamla qarşılaşdım. “Siyasi baxış: Marksizm”; “Dini baxış: İslam”. Bunu ad çəkmədən statusuma da çıxardım, sonra həmin xanım mənə mesajla irad bildirəndə məlum oldu ki, ateistmiş. Amma nədənsə, ruhu və duyğunu inkar edə bilmir. Ateistlərə görə, ruh da enerji imiş və sinirlərlə duyğular da filan-beşməkan olurmuş…. Bu ayrı məsələ.
Sadəcə, demək istədiyim odur ki, özünüzü güldürməyin əziz “kommunyaqa”lar! Sizin dövrünüz çoxdan keçdi. 1920-ci illərdə erməni kommunistlər bizim xalqın başına oyun açanda, Azərbaycan kommunistləri kommuna ideallarından dəm vururdular. Axırı nə oldu? İndi ermənilərə məğlub durumdayıq. Və indi-indi anlayırıq ki, ermənilərin daşnakçılıqdan başqa bir yolu yox imiş.
İndi kim məni qınayır-qınasın, kim əks arqumentlərlə çıxış etməyə çalışır-çalışsın, kommunistlərin idealları da, Leninin Mavzoleydəki nəşi kimi iylənməkdədir. Nə dərman, nə maliyyə, nə reklam bu çürümənin qarşısını ala biməz. Heç torpaq da qəbul etməz bu murdar irsi.
Mənim əttökən kommunistlərə so mesajım: “Hələ çox inildəyəcəksiniz manqurt rejimi üçün… Davay, do svidaniya!”.

Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |