Şrift:
Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb
16.01.2018 [10:41] - Sağlıq
Azərbaycanda 2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 35 268,1 mln. manat təşkil edib.
Bu, 2016-cı illə müqayisədə 2,5% çoxdur.
Sözügedən məbləğin 45,9%-i və yaxud 16 197,7 mln. manatı ərzaq məhsullarına, 4,8%-i və yaxud 1 385,7 mln. manatı içkilərə və tütün məmulatlarına, 17,8%-i və yaxud 6 272,5 mln. manatı toxuculuq məhsullarına, geyim və avadanlıqlara, 6%-i və yaxud 2 118,1 mln. manatı elektrik mallarına və mebellərə, 0,7%-i və yaxud 255,5 mln. manatı kompüterlərə, kommunikasiya avadanlıqlarına və çap məhsullarına, 1,3%-i və yaxud 461,7 mln. manatı əczaçılığa və tibbi mallara, 5,5%-i və yaxud 1 938,1 mln. manatı avtomobil yanacağına, 18%-i və yaxud 6 338,8 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed