Şrift:
2012-ci ildə Ermənistanı tərk edənlərin sayına dair ilk statistika açıqlanıb
17.06.2012 [09:23] - Gündəm
Ümumilikdə 2012-ci ildə Ermənistanı tərk edənlərin sayının 100 min nəfərə yaxın olduğu güman olunur
Bu ilin ilk beş ayı ərzində 69 minə yaxın insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb. APA-nın “Aykakan jamanak” qəzetinə istinadən yaydığı məlumata görə, bu rəqəm Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında öz əksini tapıb.
Ötən ilin müvafiq dövründə ölkəni 64 min nəfər tərk edib. Xəbərdə bildirilir ki, bu ilin ilk 4 ayı ərzində 50 min, may ayında isə 19 min nəfər Ermənistanı təyyarə ilə tərk edib. Hələlik ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlərə dair statistik məlumatlar açıqlanmayıb, lakin qəzet bu il ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğunu ehtimal edir.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed