17.06.2012 [09:32] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Şanlıurfa şəhərindəki həbsxanada üsyan qaldırmağa cəhd edən dustaqların törətdiyi yanğın nəticəsində 13 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
CNNTÜRK istinadən verdiyi xəbərə görə, Şanlıurfa valisi Cəlalətdin Güvənc bildirib ki, dustaqlar üsyan qaldırmaq məqsədilə yataq dəstləri və yorğanları yandırıblar. Bu zaman dustaqlar şüarlar səsləndiriblər. Yanğının digər kameralara keçdiyi bildirilir. Hadisə yerinə gələn polis qüvvələri həbsxananı mühasirəyə alıblar, jandarma dəstələri üsyanı yatırtmaq üçün tədbirlər görüb. Üsyan barədə xəbər tutan 500 yaxın dustağın qohumları həbsxananın qarşısına toplaşıb.
Bir qədər sonra Cəlalətdin Güvənc bildirib ki, həbsxanada üsyan yox, dustaqlar arasında dava düşüb. Həbsxanada vəziyyət polisin tam nəzarət altındadır.

Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |