Şrift:
Vəkillər Kollegiyası ilə BMT-nin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq məsələsi müzakirə olunub
17.01.2018 [10:51] - Hüquq
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsi Furio De Angelis və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azrəbaycan Vəkillər Kollegiyasının (VK) rəhbərliyi ilə görüşüb.
Kollegiyadan "Report"averilən məlumata görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayaraq BMT-nin və onun müvafiq strukturlarının insan hüquqlarının səmərəli müdafiəsindəki rolu, həmçinin bu kimi fəaliyyətdə vəkillərin müstəsna funksiyaları barədə öz fikirlərini bildirib.
O, Azərbaycanda son dövrlər vəkillərin sayının artırılması ilə bağlı görülən işlər, vəkilliyin nüfuzunun artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması barədə tövsiyəsindən irəli gələrək, Vəkillər Kollegiyası 11 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək vəkilliyə sənəd qəbulunu bərpa edib, bunun nəticəsində vəkilliyə sənəd verənlərin sayı 2000-ə yaxın olub.
A.Bağırov gələcəkdə bu sayın artırılmasının perspektivi, habelə gənc hüquqşünasların vəkilliyə üz tutmasını təmin etmək üçün vəkillik haqqında qanunvericilikdə təsbit olunub, 3 illik iş stajının aşağı salınması məsələləri xüsusi vurğulanıb.
Bundan başqa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəliyi ilə VK-nın birgə əməkdaşlığı çərçivəsində gələcəkdə aztəminatlı təbəqədən olan qaçqın və məcburi köçkünlərə ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi barədə müzakirələr aparılıb.
Görüş zamanı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai növbəti aylarda Azərbaycan VK ilə əməkdaşlığın zəruriliyini xüsusi vurğulayaraq, ən qısa zamanda bu istiqamətdə əməli addımların atılması barədə fikir bildirib.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed