Şrift:
Bişkekdə Azərbaycan şairinin qırğız dilində “Manas eposu və türk dastançılıq ənənəsi” monoqrafiyasının təqdimatı olmuşdur
17.06.2012 [10:15] - Türk dünyası-Turan
Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclası çərçivəsində Azərbaycan şairi və tərcüməçisi Adil Cəmilin Türkdilli Ölkələrin Siyasətinə dəstək Fondunun sifarişi ilə qırğız dilində çapdan çıxmış “Manas eposu və türk dastançılıq ənənəsi” monoqrafiyasının təqdimat mərasimi olmuşdur.

Tədbirdə tanınmış qırğız şairi və tərcüməçisi Mukan Asanaliyev və digər çıxış edənlər Azərbaycan alimi tərəfindən belə bir qiymətli əsərin yazılmasının və Bişkekdə qırğız dilində çap etdirilməsinin ölkələrimiz arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirmişlər.
Qırğız eposu “Manas”ın tədqiqinə həsr olunmuş bu əsər Bakıda Azərbaycan və rus dillərində çap etdirilmişdir.
Monoqrafiyanın rəyçiləri Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat, Manasşünaslıq institutlarının direktoru, bir çox beynəlxalq akademiyaların həqiqi üzvü, “Çingiz Aytmatov” Akademiyasının prezidenti, akademik Abdıldacan Akmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və professor İsmayıl Vəliyevdir.
Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed