Şrift:
Ermənilər İşğal olunmuş torpaqlarımızda yeni şəhər inşa edirlər
17.06.2012 [11:07] - Hadisə
Məlumata görə, Gənclər şəhəri olacaq bu şəhər 100 minlik əhali üçün nəzərdə tutulub.

Azərbaycandan köçüb gedən ermənilərin təşkilatı yeni yaradılacaq şəhərin Baqaran adlandırılacağını elan edib. “Azərbaycan SSRİ-dən gəlmiş erməni qaçqınları konqresinin idarə heyətinin üzvü Mariam Avaqyan jurnalistlərə açıqlama verərək, yeni şəhərin “sülhün simvolu” olacağını deyib: “Biz ümid edirik ki, bizim şəhər Bakıdan da gözəl olacaq və biz bu şəhərdə erməni icmasını bərpa edə bilərik. Ümid edirik ki, bu, azad iqtisadi məntəqə olacaq və ən vacibi sülhün simvoluna çevriləcək. Baqaran bölgə xalqlarının dialoq mərkəzi olmalıdır”.

Onun sözlərinə görə, artıq yeni şəhərin layihəsi hazırdır. Gənclər şəhəri olacaq bu şəhər 100 minlik əhali üçün nəzərdə tutulub.
Şəhərin əsas maliyyə mənbələri isə dünyanın müxtəlif ölkələrində yaşayan biznesmen erməniləridir.

Avaqyanın sözlərinə görə, əsas problem ondan ibarətdir ki, yeni yaradılacaq şəhərdə əhalini işlə təmin edəcək yeni iş yerlərinin yaradılması və qonşu ölkələrlə əlaqələrin yaradılmasıdır.
Bu xəbər oxucular tərəfindən 1386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed