18.01.2018 [10:33] - Türk dünyası-Turan
Türkiyənin Marmara Universitetinin Atatürk sənət mərkəzində “Qanlı yanvar” adlı fotosərgi keçirilir.
Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.
Sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri əks etdirən 50-yə yaxın foto yer alıb.
Marmara Universitetinin müəllimi Okan Yeşilot 1990-cı ilin yanvarında Bakıda yaşanan qətliamın Azərbaycanı müstəqilliyə aparan yolda qırılma nöqtəsi olduğunu deyib: "Tarix unudulmur". Professor qanla yazılmış gecəni əks etdirən fotolar haqqında tələbələrinə məlumat verib və sərginin dünyanın dörd bir yanından minlərlə tələbənin təhsil aldığı Marmara Universitetində təşkil olunmasının vacibliyinə toxunub.
Həmin hadisənin canlı şahidi, Marmara Universitetinin müəllimi Aytac Rzaquliyeva isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tankların altında əzilən günahsız insanların qanları ilə yazdığı zəfər mücadiləsindən söz açıb: "Həmin gecə Bakıda yaşananları gözlərimizin önündə canlandırmaq üçün rəsmlərə baxmaq kifayətdir".
Marmara Universitetinin magistrı Zeynəp Akarslan Türkiyədə ilk dəfə 20 Yanvardan bəhs edən diplom işi yazıldığını və bu işi öhdəsinə götürdüyü üçün qürur duyduğunu söyləyib: “Düşünürəm ki, 20 Yanvar tariximizin qanla yazılmış səhifəsidir. Mən diplom işimə görə çoxlu kitablar oxudum. Həqiqətən də, həmin gün vətən, topaq deyərək tankların qarşısına keçənlər bu gün müstəqil Azərbaycanın varlığına imza atanlardır. Düşünürəm ki, biz türklər vətən üçün hər zaman hər şeyə hazır olmuşuq. Sadəcə, unutmayaq və bu tarixi unutdurmayaq”.
Sərgi yanvarın 21-dək davam edəcək.
Vüsalə Abbasova

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |