Şrift:
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% artıb
19.10.2011 [11:43] - İqtisadiyyat
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici ölkə ilə 23,7 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmtəə mübadiləsinin 4 mlrd. dolları MDB üzvü dövlətləri, 19,7 mlrd. dolları digər ölkələrlə həyata keçirilib: «Ötən ilin səkkiz ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 5,9%, o cümlədən MDB üzvü dövlətləri üzrə 30%, digər dövlətlər üzrə isə 2,4% çox olub. Xarici ticarət dövriyyəsinin 17,8 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,9 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 11,9 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb».

Ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 28%, idxalın həcmi 47,5%, müsbət saldo isə 20,2% artıb.

Hesabat dövründə xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,3%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Almaniya, İsrail, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.
Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed