Şrift:
Sami Yusuf konsertində Azərbaycan bayrağını öpərək gözü üstünə qoydu
18.06.2012 [11:41] - Mədəniyyət
Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf Türkiyənin paytaxtı Ankarada konsert verib.

müğənni “Ankara alış-veriş festivalı 2012” çərçivəsində qardaş ölkədə çıxış edib.
Konsert öncəsi jurnalistlərin suallarını cavablandıran müğənni, bir azərbaycanlı olaraq, Türkiyə ilə qürur duyduğunu deyib.

Sami Yusuf 2 saat ərzində 3 min nəfər qarşısında xüsusi proqramla çıxış edib. “Wherever You are” və digər albomlarından mahnılar səsləndirən Sami Yusuf ölməz sənətkarımız Rəşid Behbudovun “Yalqızam” mahnısını da oxuyub.

Konsertin sonuna yaxın isə Sami Yusuf gözlənilməz addım atıb. O, zalda əyləşən azərbaycanlı tamaşaçının əlindəki Azərbaycan bayrağını alaraq, öpüb və gözləri üstünə qoyub. Zalda əyləşənlər ifaçının bu jestini sürəkli alqışlarla qarşılayıblar.
Bu xəbər oxucular tərəfindən 1967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed