Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Qaraçuxurda seçicilərlə növbəti məhəlli görüş keçirilib
18.01.2018 [11:55] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Rayonun Qaraçuxur qəsəbəsi, 40-48-60-cı məhəllədə keçirilən görüşdə sakinlərin problemləri ilə maraqlanılıb, etdikləri müraciətlər dinlənilib. Binalarda və ətraf ərazilərdə olan infrastruktur problemlərə yerli baxış keçirilib və çatışmazlıqlar qeydə alınıb.
Daha sonra, sakinlərlə milli və dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmaq barədə söhbətlər aparılıb. Verilən suallar cavablandırılıb və izahatlar verilib.
Sakinlər də öz növbələrində verilən izahatlar və milli birlik naminə edilən çağırışlarla razılaşdıqlarını və millət vəkilinin göstərdiyi qayğını qiymətləndirdiklərini bildiriblər.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüşdə qeydə alınmış problemlərin həlli ilə bağlı aidiyyatı orqanlara artıq müraciətlər edilib və həlli istiqamətində işlər görülür.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində çalışılır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed