Şrift:
“Mübarizli Vətən” bölgələrdə nümayiş etdiriləcək
18.06.2012 [12:22] - Sosial
İyun ayının 18-dən – 20-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Gədəbəy, Qazax və Ağstafa bölgələrində tamaşa göstərəcək.

Teatrın mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə, onlar şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanan “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyasını nümayiş etdirəcəklər. Sözügedən teatr və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin birgə layihəsi çərçivəsində nümayiş etdiriləcək kompozisiya Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun şəhidliyi gününə həsr olunub.


Tədbirin ssenari müəllifi və aparıcısı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi, Səriyyə İsmayılova, quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı olan kompozisiyada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edəcəklər. Tədbirdə həmçinin, teatrın aktyoru İlham Əsədovun ifasında “Qalmaz dünya”, Əlirza Amanbəylinin ifasında “Yenilməz” mahnıları səsləndiriləcək.

Məlumat üçün bildirək ki, sözügedən kompozisiya bu ilin fevral ayında teatrda və bir sıra ali təhsil ocaqlarında uğurla nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed