Şrift:
Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədrliyinə namizəd Gülsel Səfərova
18.06.2012 [14:09] - Gənclik
Milli Şura struktur potensialından istifadə edərək gənclər arasında liderlərin yetişdirilməsi və kadrların cəmiyyətdə tanınması istiqamətində fəaliyyətini yenidən başlamalıdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman xarici və daxili siyasətində gənclər üzrə iş, daha dəqiq desək gənclər siyasəti yenidən işlənilmiş, davamlı inkişaf sayəsində uğurlu nəticələr verimişdir. Xüsusən 1995-ci ildən sonra qəbul edilən qərarlar, dövlət proqramları, gənclər siyasətinin yenidən formalaşması bizə bu barədə danişmağa əsas verir. Gənclər siyasətinin inkişafı və mərhələli fəaliyyətində gənclər təşkilatlarnın xüsusi rolunu qeyd etmək lazımdır. Belə ki, 1995-ci ildən başlayaraq dövlət gənclər siyasətinə təsir edə biləcək QHT-lər fondlar və assosiasiyalar yaradıldı. Bu təşkilatlar ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynamağa başladılar. Bu istiqamətdə çalışan ən böyük və yeganə gənclər platforması AR Gənclər Təşkilatları Milli Şurasının qeyd etmək yerinə düşərdi. Bu təşkilat o dövrdə kadr fabrikası rolunu oynamış və dövlət gənclər siyasətinə birbaşa təsir müxanizmi olmuşdur. Bu il həmin təşkilatda seçkilərdir.

Mən də əminliklə, sədrliyə namizədliyimi irəli sürmüşəm. Düşünürəm ki, yeganə gənclər platforması sayılan Milli Şurada yeni, proqressiv fəaliyyət, dinamik gənclər heyəti və kreativ layihələrə ehtiyac duyulur. Bügün siyasi və icitmai proseslər fonunda müsbət dəyişikliklərin olması quruma yeni mərhələ, yeni ruh gətirəcək. Bu baxımdan ictimaiyyətə platformamı təqdim edərkən, daha çox üzv təşkilatlarla birgə fəaliyyət göstərib komanda işi sərgiləməyin əsas olduğunu vurğulamışam. Milli Şuranın üzv olduğu Avropa Gənclər Fondu ilə münasibətlərin yeni mərhələyə gətirilməsi və bura üzv təşkilatlarla həmrəy işin aparılması əsas prioritetlərdəndir. Beynəlxalq tədbirlərin sayı daha da artırılaraq gənclər siyasətini formalaşdıracaq bir şəkildə icra edilməsi mütləq hesab edirəm. Eyni zamanda Şura təşkilatlara fandreyzerlik edib donor təşkilat statusuna artıq almalıdır. Milli Şura struktur potensialından istifadə edərək gənclər arasında liderlərin yetişdirilməsi və kadrların cəmiyyətdə tanınması istiqamətində fəaliyyətini yenidən başlamalıdır.

Ölkə hərtərəfli inkişaf edir, belə bir fonda güclü və özünüdoğruldan gənclər platformasına ehtiyac vardır. Bügün cəmiyyət və dövlət dünya birliyinə inteqrasiya edir, müxtəlif siyasi və ictimai qurumlarla əməkdaşlıq edir. Belə bir məqamda intellektual, potensiallı və proqressiv gənclər təşkilatlarından ibarət platformanın yeni mexanizmlə ön plana çəkilməsi yerinə düşər. Əsas amalımız ölkəmizin gənclər siyasətinə əsaslı və əhəmiyyətli töhvə vermək, ölkənin reallıqlarını dünya ictimaiyyətinə gənclər və gənclər təşkilatlarının iştirakı ilə çatdırmaqdır.
Bu xəbər oxucular tərəfindən 3689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed