Şrift:
Astanada “Qanlı Yanvar” - müstəqilliyə gedən yol” adlı fotosərgi keçirilib
19.01.2018 [10:56] - Türk dünyası-Turan
Azərbaycanın Qazaxıstandakı səfirliyində “Qanlı Yanvar” - müstəqilliyə gedən yol” adlı fotosərgi keçirilib.

Sərgidə 20 Yanvar faciəsini əks etdirən fotolar nümayiş olunub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna keçmiş sovet hərbi qoşun hissələrinin yeridilməsi, dinc əhaliyə divan tutulması və fövqəladə vəziyyətin elan olunmasından danışıb.

Diplomat azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini deyib. Qeyd edib ki, bütün bunlar Azərbaycan xalqını ruhdan salmadı, əksinə, müstəqilliyimiz uğrunda daha sıx birləşdirdi.

Tədbirdə ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed