Şrift:
Erməni əsgərlərinə iylənmiş ət verilir
18.06.2012 [14:14] - Hadisə
Ermənistanda fəaliyyət göstərən “Orduda ədalətsizliyə son qoyaq” ictimai birliyi ölkə KİV-nə müraciət edib.

Qurumun koordinatoru Ovanes Sarkisyan “DQR” ərazisində yerləşən hərbi hissələrdə Hindistandan gətirilmiş, mənşəyi bilinməyən ətdən istifadə edilməsi faktını aşkarladığını bildirib.
Sarkisyan bəyan edib ki, ilk belə fakt işğal olunmuş Xocavənd rayonu ərazisində yerləşən “Martuni-2” hərbi hissəsində aşkarlanıb. Sonradan məlum olub ki, bu tip ət məhsullarından demək olar ki, bütün hərbi hissələrdə istifadə edilir. “Hindistandan gətirilən ət keyfiyyətsiz və çox vaxt iylənmiş vəziyyətdə olur” - deyə, Sarkisyan bildirib.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed