22.01.2018 [10:14] - Diaspor
Ötən gün Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib.
Tədbirdə başda Avropa Azərbaycanlıları Konqresi olmaqla, Niderlandda fəaliyyət göstərən digər diaspora təşkilatlarının nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları şəhidlərimizi dərin hörmət və ehtiramla yad ediblər.
Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqı üçün acılı və hüzünlü olmaqla yanaşı, bir o qədər də, şərəfli bir gündür. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşın yaralanması, Azərbaycan xalqını öz haqq yolundan geri döndərə bilməyib.
Çıxış edənlər bu gün müstəqil Azərbaycan dövlətinin o şəhidlərin sayəsində mövcud olduğunu, Azərbaycan xalqının onların sayəsində azad və güclü bir dövlətdə yaşadığını qeyd ediblər.
Bildirilib ki, Benilüks Azərbaycanlıları Konqresi dövləti daha da güclü təmsil etməli və düşmənlərə qarşı daha effektiv hərəkət etməlidir.

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |