Şrift:
Azərbaycan və tatar diasporunun nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
22.01.2018 [10:22] - Diaspor
Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndələri və Azərbaycandakı tatar diasporunun nümayəndələri 20 Yanvrar faciəsinin 28-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Nümayəndələr Azərbaycanın istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Azərbaycandakı tatar diasporunun nümayəndəsi Emin Ramazanov qeyd edib ki, Vətən uğrunda şəhid olanların xatirəsini hər il hörmətlə yad edirlər.
Azərbaycan Milli–Mədəni Muxtariyyətinin sədr müavini Sevinc Süleymanova bildirib ki, 20 Yanvarda Vətənin azadlığını, şərəf və ləyaqətini Uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sevinc Süleymanova həmçinin qeyd edib ki, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin qurbanları hər il Kazanda da yad edilir.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycana qarşı hərbi əməliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həb sedildi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kim geniş qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed